"Azəryol" voleybol klubu CEV Kubokunun 1/4 finalına vəsiqə qazanıb

Hazırda oxunan: "Azəryol" voleybol klubu CEV Kubokunun 1/4 finalına vəsiqə qazanıb

111771
Bu gün qadın voleybolçular arasında CEV kubokunun 1/8 final mərhələsinin cavab matçları keçirilib.
 
Apasport.az saytının məlumatına görə, 1/4 finala gedən yolda Azərbaycan təmsilçisi “Azəryol”x9d da meydana çıxıb.
 
Komandamız Bakıda Finlandiyanın “Salo”x9d klubunu qəbul edib.  Görüşün “Azəryol”x9d üçün asan keçəcəyi gözlənilsə də, tam əksi baş verib. Səfərdə 3:0 hesabı ilə qalib gələn Ziya Rəcəbovun yetirmələri doğma divarlar arasında rəqibin ciddi müqaviməti ilə üzləşiblər. Qarşılaşmanın qalibi tay-brekdə müəyyənləşib.
 
Z. Rəcəbovun baş məşqçi postuna gətirilməsindən sonra ardıcıl 5-ci qələbəsini qazanan “Azəryol”x9d mübarizəni 1/4 finalda davam etdirəcək. Onların bu mərhələdə rəqibi “Maribor”x9d (Sloveniya) ”“ “Muşina”x9d (Polşa) cütünün qalibi olacaq. Polşalılar ilk qarşılaşmada 3:1 hesablı qələbə qazandıqlarından cavab matçında da favorit hesab olunurlar.
 
10 dekabr
CEV kuboku
1/8 final, cavab oyunu
 
“Azəryol”x9d (Azərbaycan) - “Salo”x9d (Finlandiya) - 3:2 (21:25; 25:10; 23:25; 25:21; 15:11)
Bakı, “Azərreyl”x9d İdman Bazası
 
İlk oyun: “Salo”x9d (Finlandiya) ”“ “Azəryol”x9d (Azərbaycan) - 0:3 (16:25, 19:25, 23:25)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin