36 yaşlı qadın 6 gündür itkin düşüb

Hazırda oxunan: 36 yaşlı qadın 6 gündür itkin düşüb

591645
Masallıda 36 yaşlı qadın itkin düşüb.
 
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı rayonunun Ərkivan qəsəbəsində yaşayan 1987-ci il təvəllüdlü Ağayeva Gülər Valeh qızı yanvarın 24-də saat 16 radələrində evdən çıxaraq naməlum istiqamətdə gedib və indiyədək qayıtmayıb.
 
Gülər Ağayevanın əlamətləri bunlardır: Boyu 158 sm, gözləri qəhvəyi rəngdədir. Evdən çıxarkən əynində qara rəngli gödəkçə, qara rəngli paltar, ayağında idman ayaqqabısı olub.
 
Onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, həmçinin Masallı Rayon Polis Şöbəsinə 025-215-39-42 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin