Attraksionda ölən uşaq məşhur rejissorun qızı imiş - FOTO

Hazırda oxunan: Attraksionda ölən uşaq məşhur rejissorun qızı imiş - FOTO

46665
Bu gün Qobustanda atraksionun aşması nəticəsində həlak olan 10 yaşlı Dəniz adlı qız məşhur rejissor Tərlan Qorçunun qızı imiş. Bu barədə məlumat ANS PRESS-ə Tərlan Qorçunun ailəsindən verilib. Qeyd edək ki, Tərlan Qorçu Marionet Teatrının rejissorudur. 

Xatırladaq ki, bu gün Azərbaycanın Qobustan rayonunda faciəli hadisə baş verib.

APA-nın məlumatına görə, hadisə Qobustan rayonunun “Bağ-bağat” İstirahət-əyləncə Mərkəzində qeydə alınıb. Bakı Oksford Məktəbinin müəllim və şagirdlərinin əyləndiyi attraksionlardan biri aşıb. Nəticədə 10 yaşlı Qorcu Dəniz Tərlan qızı hadisə yerində dünyasını dəyişib.

Məktəbin digər şagirdi - 12 yaşlı Hacızadə Ayla Rövşən qızı və məktəbin müəlliməsi, 1971-ci il təvəllüdlü Əziziova Aytən Faiq qızı müxtəlif bədən xəsarətləri ilə Qobustan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Qobustan rayon Polis Şöbəsində araşdırma aparılır.
















© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin