"Azadlıq" radiosunun əməkdaşı Milli Məclisdə xəsarət aldı

Hazırda oxunan: "Azadlıq" radiosunun əməkdaşı Milli Məclisdə xəsarət aldı

34546
"Azadlıq" radiosunun əməkdaşı Maarif Çingizoğlu Milli Məclisdə ciddi xəsarət aldı. Moderator.az Avropa.info-ya istinadən xəbər verir ki, hadisə Milli Məclisin bu gün keçirilən iclası zamanı baş verib. "Azadlıq" radisonun əməkdaşı Maarif Çingiz oğlu parlamentdə jurnalistlər üçün nəzərdə tutulan otağa qalxarkən baş verib. Belə ki, jurnalist pilləkəni qalxarkən yıxılıb və başı dirəyin tininə dəyib və başı yaralanıb. Başı partlayan və qana bulaşan "Azadlıq" radiosnun əməkdaşı Milli Məclisdəki Tibb məntəqəsinə aparılıb. Məntəqədə ona ilk tibbi yardım göstərilib və qanaxmanın qarşısı alınıb. Məntəqədə ona bildirilib ki, bu ilk deyil, artıq necənci adamdır ki, belə bir hadisə ilə üzləşir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin