Avtomobil hovuza düşüb, iki qardaş ölüb

Hazırda oxunan: Avtomobil hovuza düşüb, iki qardaş ölüb

33919

Moderator.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Quba rayonu, Mirzə Məmməd kəndində “Audi” markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq yol kənarındakı hovuza düşüb.

 

Dərhal hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, minik avtomobilinin sürücüsü, 1983-cü il təvəllüdlü Səmədov Rasim Səməd oğlu və sərnişin, 1977-ci il təvəllüdlü Səmədov Cəsarət Səməd oğlu aldığı ağır bədən xəsarətindən hadisə yerində ölüblər.

 

Yanğınsöndürən-xilasedicilər R.Səmədovun və C.Səmədovun cəsədlərini deformasiyaya uğramış avtomobildən təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxararaq aidiyyəti üzrə təhvil veriblər. 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin