5-ci sinif şagirdini maşın bir neçə metr sürüdü

Hazırda oxunan: 5-ci sinif şagirdini maşın bir neçə metr sürüdü

32831

Cəlilabad rayonunda 5-ci sinif şagirdini maşın vurub. Moderator.az-ın ANS PRESS-ə istinadən məlumata görə, hadisə rayonunun Uzuntəpə kəndində baş verib. 12 yaşlı kənd sakini Ayxan Çingiz oğlu Nəsirov yolu keçərkən maşın vurub.

Hadisə şahidlərinin sözlərinə görə, avtomobil məktəblini vurduqdan sonra bir neçə metr yol kənarında sürüyüb. Ayxan Nəsirov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Cəlilabad rayon polis şöbəsində araşdırma aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin