Beyləqanda dilsiz uşaq doğuldu - VİDEO

Hazırda oxunan: Beyləqanda dilsiz uşaq doğuldu - VİDEO

212302
Beyləqan rayonunun Birinci Şahsevən kəndində doğulan Ayxan İmanov anadangəlmə dilsizdir.

Moderator.az Xezerxeber.az-a istinadən xəbər verir ki, 1 yaş 4 aylıq olan uşağın dili olmadığı üçün ağzındakı hissiyatları da yoxdur. Bu da onun qidalanmasında problemlərə yol açır.

Valideynlərinin sözlərinə görə, Ayxanın müalicə olunması üçün həkimlərə müraciət etsələr də, xeyri olmayıb. Uşaq daha çox duru yeməklərlə və əmzik vasitəsi ilə qidalanır.

Dili olmadığından danışa bilməyən Ayxan istəklərini ancaq əl-qol hərəkətləri vasitəsi ilə başa sala bilir.

Həkimlər isə bu halın çox nadir anomaliya olduğunu bildirirlər.

Həkimlər bildirirlər ki, əgər bu problemə vaxtında müdaxilə olunmazsa, belə uşaqlarda daha çox ağciyərlə bağlı bir sıra ciddi problemlər ortaya çıxacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin