Türkiyənin Çorum əyalətində sakinlərin "Şam Dədə" adı verdiyi 700 yaşında olduğu təxmin edilən ağacı, bir insanın arzu diləmək üçün yandırdığı şam ağacı alovlandırıb.
xa0
Hadisə Çorumun Palabıyık kəndində baş verib. Verilən məlumatlara görə, bölgədə "Şam Dədə" kimi tanınan və müqəddəs olduğuna inanılan 700 illik ağacın bir hissəsi yanıb. Kədlilər tərəfindən müqəddəs sayılan bu məkanda pirlərin də daha çox olduğu bildirilir.xa0
Kəndlilər tərəfindən söndürülən yanğından sonra polis istintaqa başlayıb. Yanğının gündüz olduğunu dilə gətirən kənd ağsaqqalı Lider Köçən, " Yanğın dünən saat 10:00 baş verib. Şam Dədə yanır dedilər. Axşam üstü gəldik baxdıq içimiz ağrıdı. Ağacın dibində şam yandırmaq nə dərəcədə düzgündür?. Məncə, qərəzli işdir. Bura gələnlər xahiş edirəm, şam yandırmasın. Buranın qorunması üçün səlahiyyətlilərdən kömək gözləyirik. Şam Dədə bir Tarixdir, gəlin onu qoruyaq" deyə qeyd edib.
Moderator.az türk mediasına istinadən kəndlilərin "Şam Dədə" adlandırdığı "müqəddəs" şam ağacının fotolarını oxuculara təqdim edir:








Kamran




































































































