Mirzoyan azərbaycanlı çobanın sərhədi keçməsindən danışdı

Hazırda oxunan: Mirzoyan azərbaycanlı çobanın sərhədi keçməsindən danışdı

643468

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan azərbaycanlı çobanın Ermənistanın dövlət sərhədini keçməsi ilə bağlı məlumatı şərh edib.

Bizim.Media xəbər verir ki, o, bu barədə oktyabrın 21-də parlamentin Xarici əlaqələr üzrə daimi komissiyasının iclasında Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” (TRIPP) layihəsi üzrə Strateji tərəfdaşlıq haqqında Çərçivə Sazişinin ratifikasiyası məsələsi müzakirə olunarkən danışıb.
 

“Belə hallar bəzən baş verir. Azərbaycanlı çoban da yolunu azaraq sərhədi keçə bilər. Eyni hal bizim tərəfdən də baş verə bilər. Hər iki tərəf bu cür hallara konstruktiv yanaşır”, – deyə Mirzoyan bildirib.


Mirzoyanın sözlərinə görə, real həyatda belə hadisələrin qarşısını tamamilə almaq mümkün deyil. Bunun üçün yalnız divar çəkmək lazımdır.

“Ümid edirəm ki, biz divarlar tikməyə başlamayacağıq, əksinə, daha çox birgə həll yolları tapacağıq”, – deyə o vurğulayıb.

Ermənistanın xarici işlər naziri  əlavə edib: “Bəs nə etməliyik? Deməliyik ki, hər şeyi dayandırırıq, qapanırıq və yenidən münaqişəyə qayıdırıq? Bu, Ermənistan üçün ən yaxşı yol deyil”. (Bakuplus.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin