Türkan Vəlizadə: “Mən heç vaxt o tərbiyəsizliyi etmərəm”

Hazırda oxunan: Türkan Vəlizadə: “Mən heç vaxt o tərbiyəsizliyi etmərəm”

643457

Müğənni Türkan Vəlizadə həmkarı Rəqsanə İsmayılovanın mahnı məsələsi ilə bağlı fikirlərinə münasibət bildirib.

Bizim.Media xəbər verir ki, sənətçi "Sevilən səhər" verilişində qonaq olarkən Rəqsanə xanıma böyük hörmət bəslədiyini deyib. O, illər əvvəl bağlandığını düşündüyü məsələnin yenidən gündəmə gətirilməsini anlamadığını bildirib.
 

Türkan qeyd edib ki, Rəqsanənin mahnısını popuri şəklində hazırlayaraq "YouTube" platformasında yayımlayıb və bunun üçün bəstəkar Hikmət Aslanovdan icazə alıb. Müğənninin sözlərinə görə, Aysun Rəqsanənin əlaqə nömrəsini əldə edərək onunla danışıb və mahnını ifa etməsinə razılıq verildiyini bildirib.


"Halallıq məsələsinə gəlincə, bu günə qədər heç kimin mahnısını icazəsiz oxumamışam. Mən heç vaxt o tərbiyəsizliyi etmərəm", - deyə Türkan vurğulayıb.

O, öz mahnılarının da başqa sənətçilər tərəfindən popurilərdə ifa edildiyini xatırladıb. Bəzi sənətkarların isə mahnılarının icazəsiz belə səsləndirilməsinə etiraz etmədiklərini söyləyib.

Türkan Vəlizadənin açıqlaması şou-biznesdə mahnı hüquqları ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. (Milli.az)
 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin