Bir sıra jurnalist və redaktorun ardınca Mətbuat Şurasının sədri Əflatun Amaşovun da parlament seçkilərinə namizəd kimi qatılması media əməkdaşları və ictimaiyyət arasında fərqli mülalahizələrə səbəb olub. Məlumat üçün qeyd edək ki, bundan xeyli öncə bəzi jurnalistlərin parlament seçkilərinə namizəd kimi qatılmasına etiraz edən bir çox media eksperti, bunun hər şeydən öncə peşə əxlaqına zidd olduğunu bildirmişdi. Çox keçməmiş Azərbaycan mətbuatının başında dayanan şəxsin də üzünü jurnalistikadan parlamentə çevirməsi yenə eyni tənqid və mülahizələrin meydana çıxmasına səbəb olub.
Moderator.az-a açıqlama
verən “Yeni Nəsil”x9d Jurnalistlər Birliyinin sədri, media eksperti Arif Əliyev artıq
bəlli bir müddətdir ki, media əməkdaşlarının jurnalistikadan öz şəxsi ambisiya
və maddi maraqlaırnı gerçəkləşdirmək məqsədi ilə istifadə etdiyini vurğuladı:
“Problem ondadır ki, bizdə
“media siyasiləşməməlidir”x9d qışqıranların özləri, redaktorlar medianın siyasiləşməsini
həyata keçirir. Onlar jurnalistikanın timsalında artıq diz çökmüş peşəyə öz
siyasi ambisiyalarının və maddi problemlərinin təmin edilməsi üçün vasitə kimi
yanaşırlar. Bəzi redaktorların, jurnalistlərin parlament seçkilərində öz namizədliklərini
irəli sürməsi əvvəlcədən müəyyənləşdirdikləri bir məsələdir. Bu cür şəxslər
artıq çoxdan jurnalistikada yox, siyasi kombinasiyalarda yer alıb. Onların
istiqaməti dəyişərək Milli Məclisə yol alması nə parlament, nə xalq, nə də
jurnalistikamız baxımından heç nəyi dəyişmir. Bu bir daxili qazandır. Birləşmiş
qablar sistemidir. Bir qabdan çıxıb digər qaba dolurlar”x9d.
Seymur Əliyev




































































































