"Sahibkarlar qısa zamanda lazım olan sənədləri ala biləcəklər”x9d.
Prezident İlham Əliyev “Dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması, yaşayış yeri üzrə qeydiyyat və lisenziyalaşdırma prosedurlarının elektronlaşdırılması sahəsində bəzi tədbirlər haqqında”x9d fərman imzalayıb.
Sənəd həm vətəndaşlar, həm də sahibkarlar üçün yeni elektron xidmətlərin tətbiqini nəzərdə tutur. Son fərman “ASAN”x9d xidmətinin fəaliyyətinin genişləndirilməsi baxımdan vacib olmaqla yanaşı, eyni zamanda xidmətlərdə zaman və proseduraların kəskin qısaldılmasına səbəb olacaq.
Moderator.az xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.
İqtisadçı Prezident Fərmanının mahiyyətini şərh edib:
“Sənəd sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan xüsusi razılıq (lisenziya), sertifikat, şəhadətnamə və digər sənədlərin elektron qaydada verilməsini reallaşdıracaq. Belə ki, bu məqsədlə “Elektron lisenziya”x9d portalı yaradılacaq. Bu portal "Elektron hökumət"in əsas komponentlərindən biri kimi çıxış edəcək”x9d.
Onun sözlərinə görə, Fərmandan irəli gələrək, bundan sonra sahibkarlar qısa zamanda lisenziya, sertifikat və digər sənədlər ala biləcəklər:
“Bu isə o deməkdir ki, xüsusi razılıq tələb edən fəaliyyət ilə məşğul olmaq istəyən sahibkardan bundan sonra lisenziya almaq üçün nə uzun-uzadı növbəyə, nə də çoxlu sənəd toplamasına lazım gələcək. Sahibkarlar elektron portala müraciət etməklə qısa zamanda lisenziya, sertifikat və digər sənədləri əldə etmək imkanları qazanacaqlar. Portal sahibkarlara yalnız qısa müddətdə deyil, hətta cüzi xərclər ilə sənədləri əldə etmək imkanları verəcək.
Fərman eyni zamanda vətəndaşların da arayış almaq problemini həll edəcək. Artıq sadəcə şəxsiyyət vəsiqəsi ilə arayışları ala biləcək. Bunun üçün də çox qısa zaman tələb ediləcək. Elektron bazada bütün məlumatların yerləşdirilməsi imkan verəcək ki, çox qısa zamanda sistem vətəndaşın bütün məlumatlarını görüb, onun istədiyi arayışı çap edə bilsin”x9d-deyə, Bayramov qeyd edib.

































































































