AMİP və Avropa Ittifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbərləri görüşdü

Hazırda oxunan: AMİP və Avropa Ittifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbərləri görüşdü

92143
AMİP  Mətbuat və informasiya xidmətindən Moderator.az - a daxil olan məlumatda deyilir:

 
Bu gün AMİP rəhbərliyi ilə Avropa Ittifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbərliyi arasında görüş keçirilmişdir. Avropa Ittifaqının Azərbaycandakı Nümayəndəliyinin ofisində baş tutan görüşdə Azərbaycan Milli İstiqlal Partiyasını AMİP sədri Yusif Bağırzadə, AMİP Baş katibi Arzuxan Əlizadə və AMİP Beynəlxalq əlaqələr katibi Elşən Mustafayev, qarşı tərəfi isə Avropa Ittifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri xanım Malena Mard və Nümayəndəliyin Siyasi, İqtisadi, Mətbuat və İnformasiya bölməsinin rəhbəri Toralf  Pilts təmsil etmişdir. 
Görüş zamanı əsasən Azərbaycanda keçiriləcək Parlament seçkiləri öncəsi vəziyyət, eləcə də AMİP-in seçkilərdə iştirakı müzakirə olunmuşdur. Eyni zamanda Azərbaycanın Avropa məkanına inteqrasiyası, bu istiqamətdə siyasi partiyaların rolu və AMİP-in beynəlxalq əlaqələri ilə əlaqədar məsələlər müzakirə obyekti olmuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin