Leyla Əliyeva üçün özəl gün - FOTOLAR

Hazırda oxunan: Leyla Əliyeva üçün özəl gün - FOTOLAR

84120
Bu gün prezident İlham Əliyevin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın doğum günüdür. 

 

Leyla İlham qızı Əliyeva 3 iyul 1985-ci ildə Moskvada anadan olub. O, Bakıda 160 saylı məktəbdə orta təhsil alıb. İsveçrə və Böyük Britaniyada ali təhsil alıb. 2006-2008-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda politologiya fakültəsinin dünya siyasəti ixtisası uzrə magistr pilləsini bitirib.

 

Leyla Əliyeva 2007-ci il mayın 10-dan Rusiyada Heydər Əliyev Fondunun Rusiya filialının rəhbəri kimi ictimai fəaliyyət göstərir.

Prezidentin qızı 2007-ci il dekabrın 19-dan Moskvada nəşr olunan "Bakı" jurnalının təsiscisi və baş redaktorudur.

 

2010-cu ilədək Moskva Dövlət Beynəlxalq Munasibətlər İnstitutunda Azərbaycan Gənclər Klubunun sədri olub.

2008-ci il may ayında Mədəniyyətlərarası Dialoqda İslam Konfransı Təşkilatının Gənclər Forumunun Baş Əlaqələndiricisi olub. O, 2009-cu il aprelin 8-də Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri seçilib.

 

Leyla Əliyeva 2011-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidentidir. 2011-ci il, iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə gorə "Tərəqqi" medalı ilə təltif olunub.

Leyla Əliyeva aktiv fəaliyyətinə görə bir sıra yüksək mükafatlara layiq görülüb.(Azvizion.az)

 

 

 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin