İsgəndər Həmidovun qardaşı oğlu Ramil Usubova müraciət etdi

Hazırda oxunan: İsgəndər Həmidovun qardaşı oğlu Ramil Usubova müraciət etdi

82862
İyun ayının 22-də axşam saat 22.00 radələrində Nəsimi Rayon Polis İdarəsinə təxminən 300 metr məsafədə yerləşən “Dostluq”x9d kinoteatrının qarşısında 4 yolun kəsişməsində, bir neçə kameranın müşayətində olan ərazidə kütləviləşmiş qaydada anarxist, idmançı qruplaşma tərəfindən əvvəlcədən planlaşdırılaraq Etatist.com saytının baş redaktoru və əməkdaşlarına hücum olub.

Üstündən iki gün keçməsinə baxmayaraq təqsirkarlar hələ həbs edilməyib. Bu barədə Etatist.com saytının baş redaktoru məlumat verib:

Az öncə mən Nəsimi Rayon Polis İdarəsinin müstəntiqi Elvin Quliyevlə görüşüb məsələnin nə yerdə olduğunu öyrənməyə çalışdım. Məlum oldu ki, Nəsimi Rayon Polis İdarəsi iki gündür bir qəzetin baş redaktoruna əvvəlcədən planlaşdırılmış şəkildə, qəsdən xəsarət yetirmək niyyəti ilə hücum təşkil etmiş anarxist qrupları müəyyən edə bilməyib. Cinayət işinin başlanmasına, kifayət qədər dəlil olmasına baxmayaraq Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi qaldırılıb.

Bu hücumun təşkil olunmasında rol oynayan Əliş adlı şəxs isə polis idarəsindədir və özünü çox yaxşı hiss edir; telefondan istifadə edir, darıxmamaq üçün idarəyə dostlarını dəvət edir. O hücumda iştirak etmiş digər şəxslər isə Polis İdarəsinin ətrafında əllərini-qollarını sallayaraq gəzirlər. Anladığım qədəri ilə araşdırmaya ciddi müdaxilə var. Orda iştirak edənlərdən bir neçəsinin idmançı olması da ciddi müəmmalar doğurur. Şəxsən mənim bu şəkildə aparılan araşdırmaya inamım sarsılıb. Buna görə də sabah məsələnin tam obyektiv şəkildə araşdırılması üçün, əvvəlcədən planlaşdırılmış ağır xəsarət yetirmə və hətta bəlkə də öldürmək niyyəti ilə kütləvi şəkildə anarxist qruplaşmanın idmançılarının hücumu və bir əməkdaşımızın bıçaq xəsarəti alması, digərlərinin isə müxtəlif bədən xəsarətləri almasına baxmayaraq hələ də həbs edilməyənlər, onların qaçmasına şərait yaradanlar barədə və araşdırmanın qeyri-obyektiv şəkildə aparılması ilə bağlı Daxili işlər naziri general-polkovnik Ramil Usubova, Baş prokuror Zakir Qaralova və prezident İlham Əliyevə müraciət edəcəyəm”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin