Bakıda Birinci Avropa Oyunlarının məşəli alovlandırıldı...
Azərbaycanın bölgələrində 5 min kilometrdən artıq yol qət edərək insanlarda ruh yüksəkliyi yaratdı və yenidən Bakıya gətirildi. Bu gün bütün dünyanın diqqəti Bakıdadır... Birinci Avropa Oyunlarına start verilir. Əminəm ki, Azərbaycan ilk Avropa Oyunlarına ev sahibliyi edən ölkə kimi dünya idman tarixinə şanlı bir səhifə yazacaq. Ölkəmiz belə möhtəşəm tədbirlər üçün zəruri olan 6-7 illik işi 2 il yarıma ərsiyəyə gətirməklə Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ehtimadını layiqincə doğrultdu və nə qədər güclü potensiala malik olduğunu bütün dünyaya nümayış etdirə bildi. Bu isə Azərbaycanı yeni müstəqil bir dövlət olaraq yeni keyfiyyətdə, daha iri miqyaslarda daha iri kateqoriyalarla bir daha təqdimatı baxımından böyük uğurdur.Birinci Avropa Oyunlarının keçirilməsi dünyanın Azərbaycana yeni baxış bucağından baxmasına gətirib çıxaraq, idman həyatında möhtəşəm izlər qoyacaq, ölkəmizdə idmanin inkişafına, beynəlxalq və regional əməkdaşlığın irəliləyişinə özünəməxsus təkan verəcək.
Birinci Avropa Oyunları qədim tariximizi, mədəniyyyətimizi, incəsənətimizi, adət-ənənələrimizi,mətbəximizi, qonaqrvərliyimizi,bir sözlə KİMLİYİMİZİ bütün dünyaya bir daha və daha geniş miqyasda nümayış etdirmək və Azərbaycan reallıqlarının təbliği, Qarabağ həqiqətlərinin nümayişı üçün gözəl şans yaradıb. Belə beynəlxalq yarışlar iqtisadi potensialınızı tanıtmaq və gələcək əlaqələr üçün də olduqca vacibdir Gəlin bu şansdan Azərbaycanımız naminə maksimum istifadə edək!
İyunun 12-dən 28-dək yüngül atletika, boks, güləş,voleybol,basketbol və ilk Avropa Oyunlarına aid edilmiş digər idman növləri üzrə yarışların keçirildiyi müddətdə idmançılarımızın bu ağır mübarizədə vətənimizi layiqıncə təmsil etməsini, himnimizin sədaları altında üçrəngli bayrağımızın bütün bayraqlardan ucada qərarlaşması səadətini bizlərə mümkün qədər tez-tez yaşatmasını idman həyatında möhtəşəm izlər qoymasını istərdik....
Avropa Oyunlarına ilə əlaqədar ölkəmizə dövlət və hökumət başçıları,nüfuzlu qonaqlar,minlərlə idmançılarla yanaşı, çoxsaylı turistlər də gəlir. İdmançılar idman yarışlarında iştirak etməklə yanaşı, Azərbaycanın bölgələrinə şimal, şimal-qərb, cənub istiqamətində turlara qatılacaq.Turistlər də həm Bakıda, həm də bölgələrimizdə olacaq, görməli yerlərlə tanış olacaqlar. Belə məsuliyyətli bir zamanda cəmiyyətimiz özünü yalnız yaxşı cəhədən göstərməsini, necə səmimi, qonaqpərvər,xoşniyyətli bir xalq olduğumuzu bir daha nümayış etdirməyiimizi arzıyırıq....
Birinci Avropa Oyunlarına ev sahibliyi etmək həm şərəfvericidi, həm də məsuliyyətli... Bu işin yüksək səviyyədə təşkili ilə Azərbaycan dövləti öz gücünü ortaya qoydu,Azərbaycan cəmiyyəti də öz mükəmməlliyini,Avropanın ayrılaz tərkib hissəsi olduğunu nümayış etdirsin,....Azərbaycan gəncliyi isə yarış meydanlarında möhtəşəm qələbələrlə öz gücünü ortaya qoysun....Gəlin Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsindən maksimum istiafadə edib bu möhtəşəm idman bayramının payımıza düşən qələbələri ilə sürətlə dəyişən dünyada gənc müstəqil dövlət olan Azərbaycanımızın inkişafını yeni mərhələyə daşıyaq!
Bakıda birinci Avropa Oyunlarının məşəli alovlandırıldı,Azərbaycanın bölgələrində 5 min kilometrdən artıq yol qət edərək insanlarda ruh yüksəkliyi yaratdı və yenidən Bakıya gətirildi. Bu gün bütün dünyanın diqqəti Bakıdadır... Birinci Avropa Oyunlarına start verilir.Dövlətimiz,cəmiyyətimiz,hər birimiz üçün düşərli olsun!
ODUN SÖNMƏSİN, AZƏRBAYCAN!!!
İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri
Əli Məsimli




































































































