Qiyamçı rektorun qardaşı oğluna görə prezidentə müraciət...

Hazırda oxunan: Qiyamçı rektorun qardaşı oğluna görə prezidentə müraciət...

81093
Həbsdə olan siyasi məhbus Mübariz Abdullayevin ailə üzvləri  prezident İlham Əliyevə müraciət ediblər. Müraciətdə deyilir:

“Cənab Prezident,

Məlumunuz oldugu kimi Azərbaycan Respublikasi Milli Təhlükəsizlik Nazirliyinin mayoru Abdullayev Mahir İslam oglunun itkin düşməsi və ya ogurlanması işinə gorə 05-10-2012-ci ildə şəxsən sizin gostərişinizə əsasən 105157 saylı cinayət işinin hər tərəfli araşdirilmasi məqsədi ilə Azərbaycan Respublikası Baş prokuroru yanında Baş prokurorun köməkçisi (hal hazırda Şəki Rayon prokuroru) Elmar Camalovun rəhbərliyi altinda 15 (on beş) nəfərdən ibarət  "Müstəqil istintaq - əməliyat qrupu"  yaradıldı. Lakin təəssüflər olsun ki, komissiyanın apardığı istintaqın heç bir nəticəsi olmadığı halda bu günə qədər atdığı yeganə addım ondan ibarət olub ki, zərərçəkəni susdurmaq üçün 13 oktyabr 2003-cü ildə ogurlanmış (öldürülmüş) Mahir Abdullayevin qardaşı oğlu Mübariz Abdullayevi heç bir əsas olmadan 10 (on il) müddətinə azadlıqdan məhrum edib. Mahir Abdullayevin hüquqlarının Müdafiə Komitəsinin sədri Mürsaliyev Azad Oktay oglunu Azərbaycan Respublikasinin Konstitusiyasi ilə müəyyən edilmiş hərəkət azadlıqlarını məhdudlaşdırıb.  
Ailəmizin başçısı Mübariz Abdullayev 2013-cü il avqustun 21-də Lənkəran Agır Cinayətlər Məhkəməsinin hökmü ilə məhkəmə zalında həbs edilib. Məhkəmə onu Cinayət Məcəlləsinin 182.3.2 (hədə-qorxu ilə) küllü miqdarda əmlak tələb etmə maddəsi ilə 10 il həbsə məhkum edib. Qəribədir ki, Mübariz Abdullayevi öz əmisini oğurlamaqda və buna görə digər əmisi Elşad Abdullayevdən külli miqdarda pul tələb etməkdə ittiham edirlər. Sual yaranır; əgər doğurdan da Mübariz Abdullayev bir əmisini oğurlayıb, digərindən pul tələb edirdisə niyə bu “cinayət”x9d 10 il sonra, Elşad Abdullayevin yaydığı məlum videolardan sonra “müəyyən edildi”x9d?
 Cinayət işində olan təkzib edilməz faktlar, eləcə də istintaq tərəfindən zərərçəkən kimi tanınmış Elşad Abdullayev israrlı şəkildə bildirib ki, onun qardaşını oğurlayan və buna görə ondan pul tələb edənlər arasında Mübariz Abdullayev olmayıb və ola da bilməz. Əksinə bu cinayəti törədənlər hakimiyyətin yuxarı qatlarında təmsil və himayə olunan başqa şəxslərdir. Maraqlıdır ki, Mahir  Abdullayevin oğurlanması və geri qaytarılması ilə bağlı Elşad Abdullayevin yaydığı məlum videolarda adı çəkilən şəxslərdən Mübariz Abdullayevden başqa heç kim istintaqa cəlb edilməyib. Mübariz Abdullayev istintaqda dindirmə zamanı işgəncələrə məruz qaldığını aidiyyatı orqanlara və məhkəmədə açıq bildirsə də heç kim məsuliyyətə cəlb olunmadı. Bu faktın özü istintaqın nə qədər qurama, ədalətsiz və sifarişlə aparıldığını bir daha ortya qoyur. 


Cənab prezident,

10 nəfərlik ailəmizin başçısı, sadə kənd həyatı sürən Mübariz Abdullayev şərlənərək həbs olunub. O iki ilə yaxındır ki, qanunsuz olaraq həbsdədir. Onun ailənin başında, evdə olmaması təkcə bizim dolanışığımıza deyil, yaşam tərzimizə, bütün həyatımıza ağır zərbə vurub. Evdə az yaşlı uşaqlar və bu əzablardan, stresslərdən xəstəlik tapanlar var. Sizdən xahiş edirik heç bir əsas olmadan 10 il müddətinə həbsə atılmış Mübariz Abdullayevin həbsdən azad olunması, bu işdə özlərini gizlətməyi bacarmiş əsl cinayətkarların cinayət məsuliyyətinə cəlb olunması, əmimiz Mahir Abdullayevin  taleyinə aydinliq gətirilməsinə yardımçı olun. Sizin sülh, barış və əmin- amanlığa xidmət edən Avropa Oyunları zamanı Mübariz Abdullayev daxil olmaqla günahsız həbs olunmuş dustlaqları azadlığa buraxmanız həm Allaha xoş, həm də dövlətimizin adına və bu oyunların mahiyyətinə uyğun gələrdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin