“Birinci Avropa Oyunları dövlətimizin nəyə qadir olduğunu bütün dünyaya göstərəcək”x9d

Hazırda oxunan: “Birinci Avropa Oyunları dövlətimizin nəyə qadir olduğunu bütün dünyaya göstərəcək”x9d

77601
Azərbaycan Respublikasının müstəqil siyasəti və inkişafı bu gün çoxlarını narahat edir.

Çünki böyük dövlətləri müstəqilliyə qədəm qoymuş ölkələrin inkişafının sürəti, demokratik ab-hava, sərbəst siyasət yeritməsi insanların hüquqlarının, sabitliyin qorunması, qayda-qanunun möhkəmləndirilmısi deyil, öz maraqları, mənafeləri, bu dövlətləri öz təsir dairəsinə salmaq, dediyini etdirmək daha çox düşündürür.
xa0
Bunu Gün.Az-a açıqlamasında Milli Məclisin (MM) deputatı Tahir Rzayev dilə gətirib.
xa0
Onun dediyinə görə, xa0Azərbaycana qarşı aparılan qaryaxmalar, böhtan-şantaj kampaniyası bunun nəticəsidir.xa0
xa0
O, qeyd edib ki, çünki bu gün ədalətsizliyin hökm sürdüyü dünyada böyüklər kiçik-müstəqil siyasət aparan dövlətləri qəbul etmirlər və onlara etinasız mövqe sərgiləyirlər.xa0
xa0
"Yeri gəldikcə, demokratiya, insan hüquqları, söz azadlığı pərdəsi altında həmin dövlətlərə təsir edir, bəzən müdaxiləyə , hətta çevriləşlərə belə imkanlar yaradırlar"-deyən, T. Rzayevin sözlərinə görə, İraqda, Suriyada, Əfqanıstanda, Misirdə və digər ölkələrdə baş verənlər bunu deməyə əsas verir.xa0
xa0
T. Rzayev hesab edir ki, Azərbaycan da heç kimin diqtəsini qəbul etməyən və təsir altına düşməyən bir ölkə olduğu üçün saxta uydurmaların, böhtanların, süni bəyanatların hədəfindədir və bu kampaniya respublikamızda böyük tədbirlərin, beynəlxalq görüşlərin, idman yarışlarının keçirilməsi ərəfəsində daha da sürətlənir.xa0
xa0
"Birinci Avropa Oyunları da bu qəbildəndir və bu yarışların Azərbaycanda keçirilməsi barədə qərar qəbul edildikdən hazırkı günə kimi bu oyunların təsirini azaltmaq istəyən qüvvələr mövcuddur və onlar bütün həqiqətləri inkar edərək, yarışların ölkəmizdə keçirilməsinin baş tutmaması üçün bütün vasitələrdən istifadə edirlər. Erməni lobbisi ilə birləşən və bir mərkəzdən idarə olunan bu qüvvələrin içərisində təəssüflər olsun ki, özümüzünkülər də var.xa0
xa0
Bir vaxtlar Birinci Avropa Oyunlarının təşkili üçün Azərbaycanın hazır olmadığını söyləyənlər, sonralar tikilən bu idman qurğularının, stadionların, idman meydançalarının qüsurlu olduğu barədə şayiələr yaymağa başladılar. Ancaq heç kimin gözləmədiyi az bir müddətdə nəhəng işlərin görüldüyünün şahidi olan bədxahlar bir azdan çəkilən xərclərin Azərbaycanın büdcəsinə, xalqın rifahına ziyan vurduğunu gündəmə gətirdilər. Bunun da bir nəticə vermədiyini görəndə onlar ölkədə sahibsiz heyvanların əzizlərinə çevrildilər və oyunları boykot etmək üçün bəyanatlar səsləndirdilər.xa0
xa0
Heyvanların incidilməsinin təsirli mexanizm olmadığını hiss edən qarayaxalar indi də ölkədə insan hüquqlarının pozulmasını önə çəkərək Avropa Oyunlarını boykot çağırışlar edirlər. Ancaq bu çağırışların heç biri reallığı əks etdirmir və həqiqətə söykənmədiyinə görə ağıllı insanlar tərəfindən qəbul edilmir. Azərbaycanı istəyən insanlar Avropa Oyunlarının ölkəmiz üçün bir fayda verəcəyi qənaətindədirlər və fikirlərində haqlıdırlar".
xa0
T. Rzayev daha sonra qeyd edib ki, xa0bu oyunlar Azərbaycanı tanıtdırmaq, inkişafımızı təsdiqləmək, demokratik bir dövlət olduğumuzu sübut etmək baxımından çox əhəmiyyətlidir:
xa0
"Bu, həm də mədəniyyətimizin, milli dəyərlərimizin, intellektual səviyyəmizin, məişətimizin, bəşəri mövqeyimizin, düşüncələrimizin öyrənilməsinin, dərk edilməsinin təbliğidir. İdman yarışlarının ölkədə turizmin inkişafına, beynəlxalq münasibətlərin, idman tədbirlərinin genişləndirilməsinə, idmançılar arasında əlaqələrin və dostluğun möhkəmləndirilməsinə imkanlar yaradır. Ölkədə idmanın inkişafı üçün bir stimuldur.xa0
xa0
Avropa Oyunlarına qatılanların və ölkəmizin inkişafının şahidi olanların müsbət fikirləri, yarışlar zamanı şəkilən, göstərilən, reklam olunan meydançalar, idman qurğuları, gözəlliklər ölkənin imicinin yüksəldilməsi üçün faydalıdır. İqtisadi və mənəvi baxımdan Azərbaycan üçün böyük əhəmiyyətə malik olan Birinci Avropa Oyunları bir daha dövlətimizin nəyə qadir olduğunu bütün dünyaya göstərəcək və gələcək inkişafımıza təkan verəcək".

Kamil Həmzəoğlu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin