Kəlbəcər girovlarından yeni xəbər var

Hazırda oxunan: Kəlbəcər girovlarından yeni xəbər var

77389
Separatçı rejimin “ali məhkəməsi”x9d azərbaycanlı girovların şikayətinə mayın 27-də baxacaq.

Qondarma Dağlıq Qarabağ Respublikasının “ali məhkəməsi”x9d Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən azərbaycanlılar-Dilqəm Əsgərov və Şahbaz Quliyevin şikayətinə baxacaq.
 
Moderator.az -ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə vəkil Arkadi İsraelyan məlumat verib. Proses mayın 27-nə təyin olunub.
 
Qeyd edək ki, ötən ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.
 
Separatçı Dağlıq Qarabağ rejiminin “məhkəməsi”x9d ötən il dekabrın 19-da D.Əsgərovun ömürlük, Ş.Quliyevin isə 22 il müddətinə azadlıq məhrum edilməsi barədə “hökm”x9d çıxarıb.
 
Qondarma “Dağlıq Qarabağ Respublikası”x9dnın “apellyasiya məhkəməsi”x9d Dilqəm Əsgərov və Şahbaz Quliyev barəsində “birinci instansiya məhkəməsinin hökmünü”x9d qüvvədə saxlayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin