“Qürur yeri Kim Qardaşyan olan toplumdan hər şey gözləmək mümkündür”x9d

Hazırda oxunan: “Qürur yeri Kim Qardaşyan olan toplumdan hər şey gözləmək mümkündür”x9d

75083

ASALA erməni terror təşkilatının Azərbaycan və Türkiyəyə yönəlik son terror təhdidi bir sıra maraqlı məqamları gündəmə gətirib ki, bunlardan da biri Azərbaycanda yaşayan ermənilərlə bağlıdır. Bakı və respublikanın müxtəlif bölgələrində on minlərlə erməninin yaşaması ilə bağlı rəsmilər tərəfindən zaman-zaman konkret açıqlamalar səslənib ki, ASALA terror təşkilatının terror hədəsi ilk növbədə Azərbaycan daxilindəki erməniləri yada salır.

Azərbaycan sərhədləri daxilində məskunlaşan ermənilər ölkəmiz üçün potensial təhlükə hesab edilə bilərmi? ASALA və ya digər terror təkilatlarının, Ermənistan və Rusiya xüsusi xidmət orqanlarının Azərbaycana qarşı çirkin niyyətlərini reallaşdırmaq üçün ölkəmizdəki ermənilərdən yararlanması mümkündürmü? Ümumiyyətlə, Azərbaycanda məskunlaşan ermənilərin məxsusi olaraq nəzarətə götürülməsinə ehtiyac varmı?

Bununla bağlı Moderator.az saytı və “Hürriyyət”x9d qəzetinə açıqlama verən tanınmış ictimai-siyasi xadim Aqil Səmədbəyli ermənilərə etibar etməyin mümkün olmadığını və onlardan hər zaman hər şey gözlədiyini vurğuladı:

“Biz torpaqları işğal altında olan bir millətik. Bu işğalı gerçəkləşdirən ruslar, haylardan istifadə ediblər. Bu haylar hər zaman maşa olmağa hazır bir topluluqdur. Bunlar elə bir topluluqdur ki, bu gün böyük qürur yerləri Kim Qardaşyandır. Belə bir topluluqdan hər şey gözləmək mümkündür. Bu gün Ermənistanda haylardan başqa heç bir millət yaşamır. Rus ordusu istisnadır. Bir türkün belə yaşamadığı hayastan gerçəkliyi varkən, haylar Azərbaycanda və Türkiyədə rahat-rahat yaşayırlar. Hələ həyasızlıq edib utanmadan bir də millətimizə böhtan atırlar. Guya bunlara qarşı soyqırım olub. Sabah, birisigün xarici qüvvələr bu haylardan bizə qarşı hər cür istifadə edə bilər. Bunu nəzərə almaq, ona görə tədbir görmək lazımdır. Bakıda gerçəkləşdirilən terror hadisəsini xatırlatmaq istərdim”x9d.

 

Seymur Əliyev

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin