Onların nəşi Azərbaycana gətirildi – ÖZƏL

Hazırda oxunan: Onların nəşi Azərbaycana gətirildi – ÖZƏL

618496

Azov dənizində dron hücumu nəticəsində həlak olan dörd azərbaycanlı dənizçi, o cümlədən Qismət Əliyev və Fuad Orucovun cənazələri artıq Qusar rayonunda yerləşən Samur sərhəd-keçid məntəqəsindən keçərək Azərbaycana gətirilib.
 

MÖVZU İLƏ BAĞLI: 

Azovda həyatını itirən kapitanın dəfn mərasiminin VAXTI AÇIQLANDI – ÖZƏL


Bizim.Media-nın əldə etdiyi məlumata görə, cənazələri daşıyan xüsusi təyinatlı avtomobil hazırda Bakı istiqamətində hərəkət edir.

Məlumatı Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Anar Oruclu Bizim.Media-ya təsdiqləyib. O bildirib ki, mərhum Fuad Orucovun nəşi Bakıda müvafiq tibbi ekspertiza prosedurlarından keçirildikdən sonra ailəsinə təhvil veriləcək.

“Fuad Orucovun sabah Xaçmaz rayonunun Yergüc kənd qəbiristanlığında dəfn olunması nəzərdə tutulur”, – deyə Anar Oruclu qeyd edib.

Mərhum Qismət Əliyevin də cənazəsinin ekspertiza prosedurlarından sonra yaxınlarına təhvil veriləcəyi gözlənilir.

Xatırladaq ki, iyunun 5-i gecə saatlarında Azov dənizində iki xarici - "Natra" və "Zirkon" yük gəmilərinin dronlarla vurulması nəticəsində beş Azərbaycan vətəndaşı, o cümlədən kapitan Fuad Orucovun həlak olduğu, üç nəfərin isə yaralandığı bildirilib.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin