Tramp Türkiyə və İsrail arasındakı gərginlikdən DANIŞDI

Hazırda oxunan: Tramp Türkiyə və İsrail arasındakı gərginlikdən DANIŞDI

618546

ABŞ Prezidenti Donald Tramp İsrail və Türkiyə arasında baş verə biləcək mümkün eskalasiya barədə sualı şərh edərkən belə bir hadisənin qarşısını almağın mümkün olacağına əminliyini ifadə edib.

Bizim.Media xarici KİV-ə istinadla xəbər verir ki, jurnalistin sualına cavab verən ABŞ lideri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla yaxşı münasibətlərinin olduğunu vurğulayıb.

"Mən Ərdoğanı çox bəyənirəm. O, güclü insandır... Türkiyə ilə bağlı belə bir şeyin baş verəcəyini düşünmürəm - hər halda, mən prezident olduğum müddətdə bu baş verməyəcək. Çünki Ərdoğan mənə hörmət edir, mən də ona hörmət edirəm", — deyə Tramp bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin