ABŞ Prezidenti Donald Trump İranın hərbi potensialı ilə bağlı sərt fikirlərlə çıxış edib.
Bizim.Media xəbər verir ki, Tramp sosial şəbəkə hesabında paylaşdığı mesajda İran Silahlı Qüvvələrinin faktiki olaraq məhv edildiyini iddia edib.
“İranın ordusu tamamilə dağınıq vəziyyətdədir. Onun bəzi qoşun növləri, o cümlədən Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələri artıq demək olar ki, mövcud deyil – onlar tamamilə darmadağın ediliblər”, – deyə ABŞ lideri bildirib.
Tramp İranı yalnız bəyanatlarla kifayətlənməkdə ittiham edərək əlavə edib:
“İran çox danışır, amma əməl yoxdur. Yaxın Şərqin ‘qorxulu gücü’ artıq ölüb! Onlar özləri üçün çox sərfəli ola biləcək razılaşma üzrə danışıqları həddindən artıq uzatdılar. İndi bunun bədəlini ödəməli olacaqlar”.
Qeyd edək ki, ABŞ prezidentinin bu açıqlaması Vaşinqtonla Tehran arasında gərginliyin davam etdiyi bir vaxtda səslənib.

Bizim.Media

- A-
- A
- A+
Dünya
17:56 / 10.06.2026
Tramp: “İran ordusu artıq mövcud deyil” – FOTO
Hazırda oxunan: Tramp: “İran ordusu artıq mövcud deyil” – FOTO
Hazırda oxunan: Tramp: “İran ordusu artıq mövcud deyil” – FOTO
618487
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































