Elmir Vəlizadə: “Uşaqların zərərli təsirlərdən qorunması çox böyük əhəmiyyət kəsb edir”

Hazırda oxunan: Elmir Vəlizadə: “Uşaqların zərərli təsirlərdən qorunması çox böyük əhəmiyyət kəsb edir”

618464

“İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin əsas mahiyyəti uşaqların sosial şəbəkələrin zərərli təsirlərindən qorunmasıdır”.

Bizim.Media xəbər verir ki, bu sözləri Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən ictimai müzakirədə Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Elmir Vəlizadə deyib.
 

O, bu dəyişikliklərin cəmiyyətimiz üçün çox mühüm olduğuna diqqət çəkib. Sektor müdiri uşaqların zərərli təsirlərdən qorunmasının ölkəmiz və cəmiyyətimiz üçün çox böyük əhəmiyyət kəsb etdiyini bildirərək vurğulayıb:


“Sosial şəbəkələr artıq günümüzün reallığıdır. Ancaq təəssüflə qeyd etməliyik ki, uşaqların belə platformalardan istifadə etmələri onları hələ yetkinlik yaşına çatmadan müəyyən zərərli təsirlərə məruz qoyur. Xüsusilə yaşına, qavrama və qərar vermək qabiliyyətinə uyğun olmayan məqamlarla qarşılaşan uşaqlar hər hansı qanunazidd davranışa sövq edilə bilər. Hətta onlara qarşı təsiredici hallar ola bilər”.

Elmir Vəlizadə əlavə edib ki, uşaqları bu kimi hallardan qorumaq üçün təklif olunan qanun layihəsi olduqca mühüm əhəmiyyət daşıyır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin