Çaşan kimdir?!- Filosofa çətin sual

Hazırda oxunan: Çaşan kimdir?!- Filosofa çətin sual

74827
Baş prokurorun keçmiş müavini, Sosial Ədalət Partiyasının sədri Mətləb Mütəllimli fəlsəfə elmləri doktoru, professor  Əbülhəsən Abbasovun Moderator.az-da getmiş yazısına cavab yazıb, onu oxuculara təqdim edirik:
                                                       
Çaşan kimdir?!
                                                                                                                                                                   Əziz Əbülhəsən müəllim! Biz sizinlə fərqli ixtisaslar  üzrə oxusaq  da,eyni ali təhsil məktəbini -Bakı Dövlət Universitetini bitirmişik.Mən də vaxtilə elm sahəsində çalışmaq  arzusu ilə dissertant kimi bütün zəruri imtahanları verdim, lakin, Azərbaycanda başlayan Milli Azadlıq Hərəkatı buna imkan vermədi və mən bu müqəddəs mücadilədə  sıravi əsgər kimi missiyamı yerinə yetirməyi daha vacib bildim.Ona görə də, mən  indi sizin kimi nə fəlsəfə üzrə professor,nə də  200- dən artıq elmi əsərin müəlifi deyiləm. Bununla belə,ağır  həyat universiteti keçmiş  və rus yazıçısı  M.Qorkinin təbirincə  desək,həyatın dibindən gəlmişəm.Siz də ucqar kənddən gələrək öz zəhmətinizlə elmdə nailiyyətlər əldə etmişiniz ,mən də millətə  gücüm çatan qədər az-çox xidmət etməyə çalışmışam. Necə deyərlər,ecə deyərlər,bir çox mənada  həyat taleyimiz  az-çox  oxşardır.Bununla belə,dünya görüşümüzdə bir sıra əhəmiyyətli fərqlər vardır ki,məhz bu fərqli xüsusiyyətlər sizin  bir neçə gün bundan qabaq mətbuatda gedən   “Sanki,kökəltmə məntəqəsindən çıxmış  buğa-düyələr kimi fınxıran... “  yazınıza cavab verməyə məni məcbur etdi. Söz yox ki,  bu yazınız da  əksər əsərləriniz  kimi nəzəri mövzulara həsr edilmişdir, lakin, bir sıra məsələlərə yanaşmalarda ,fikrimizcə,qeyri obyektivliyə yol verilmişdir.                                                                                  
Gəlin,konkret faktların dili ilə danışaq.  Yazınızın əvvəlində hamını maraqlandıran belə bir həyati əhəmiyyətli sual qoyursunuz ki,”x9d Yaranmış tarixi şəraitdə Azərbaycan özünü necə aparmalı,hansı yolla getməlidir. “ Lakin,çox təəssüf ki, qoyduğunuz sualın cavabını 5 səhifəlik yazının 4 səhifəsində tapa bilmirik. Yazınızın sonuna yaxın oxuculara,  illərdir azadlıq uğrunda canından keçmiş insanlara  yeni nə təklif  edirliniz?  Yzaırsınız ki, “Pis-yaxşı parlamentimiz var,pis- yaxşı  ona hesabat verən hökumətimiz var,kimlərdənsə geridəyiksə də çoxlarından öndəyik,  olana şükür  eləyək! Afrikanın qaradərili,Latın Amerikasının qırmızıdərili,lap Ukraynanın ağdərili aboregenlərindən də pis vəziyyətdə deyilik ki? ”x9d                                                                                                                                                    
Ah,Əbülhəsən müəllim,Əbülhəsən müəllim.Əgər,Siz 200-dən artıq elmi əsər yaradandan sonra belə qüsurlu müqayisəyə gedirsinizsə,daha  sizə sözüm yoxdur.Məgər,siz bilmirsiniz ki,nümayəndəsi olduğunuz  Azərbaycan xalqının  özünün seçdiyi parlament yoxdur,mövcud olan parlament siyahı ilə təyin olunan şəxslərdir? Məgər,siz xəbərsizsiniz ki,ölkədə heç bir hökumət yoxdur,ölkə ancaq  bir nəfərin iradəsi  ilə idarə olunur? Siz nə vaxtsa görmüsünüzmü,dediyiniz “pis-yaxçı hökümətimiz”x9d xalqa hansısa hesabat versin? Məgər, xatirinizdən çıxıbmı,illər bundan öncə hökümətin hesabatına haqlı iradlarını bildirən Milli Məclisin deputatı Hüseyn Abdullayevin başına necə  torba keçirilib   zindana aparıldı ? Bu analoqsuz rüsvayçılıqdan sonra istinad etdiyiniz”x9dpis-yaxşı”x9d parlamentdən  siz yenə nəsə umursunuz? Yoxsa, əslində adı var,özü yoz iflic hökümətin baş naziri,80 yaşlı qoca ,  tam fəaliyyətsiz  olan Artur Rəsizadədən nəsə gözləyirsiniz ?                                                                                                                             
Cənab filosof! Dünyanın hansı ölkəsində,hansı guşəsində insanlar dərisinin rənginə görə  müstəqilliyə, azadlığa can atır ki,canından keçir  ? Məgər,Azərbaycanın müstəqilliyi,azadlığı üçün həyatini qurban vermiş  on minlərlə mərd oğul və qızlarımız ona görəmi həyatlarını qurban veriblər ki,siz onları “ tutu-xutu,sudan-somali,cad-niger”x9d lərlə müqayisə edəsiniz? Bir də ki,dərindən fikirləşəndə , sizi  o qədər də qınamağa dəyməz, çünki, hazırın naziri olanlar,Azərbaycanı  indi idarə edənlər kimi siz də müstəqillik üçün can qoymamısınız, ölümdən keçməmisiniz,dəfələrlə ölüb dirilməmisiniz.                                                                                                                                                Hələ bu da hamısı deyil.Yazınızın sonunda, vəd etdiyiniz çıxış yolu əvəzinə,yavaş-yavaş  əsas məsələ üstünə gəlirsiniz,dolayısı ilə deyil,birbaşa indiki iqtidarı tərifləyir,təbliğ edirsiniz,müxalifəti aşağılayırsınız. Yazırsınız ki,”x9d Vacibdir ki,hamımız cəbhəçi jarqonunda danışaq,od-alov püskürək, nəzəriyyəsiz- filansız mükəmməl ideya-siyasi prinsiplər(əməli-praktiki səriştəni,peşəkarlığı və mənəvi saflığı bir yana qoyuram!) olmadan meydanları tapdaq edək,mitinqlər adı ilə hay-həşir toplantıları keçirək,beş-altı gənci başdan eləyib dustaqxanalara salaq,sonra da onların taleyi üzərində siyasət,alış-veriş quraq?”x9d                                                                                                                                                                                       
Hörmətli Əbülhəsən müəllim!  Səmimi etiraf edim ki,bu sözləri hamıdan,hətta ,siyavuş novruzovlardan, zahid oruclardan,çingiz qənizadələrdən ,kimlərdən,kimlərdən gözləmək olardı,şəxsən sizdən isə,yox. Birincisi, “vor zakon”x9dda olduğu kimi, hansı cəbhəçi   jarqonlardan söhbət gedir,zəhmət olmazsa deyin,biz də bilək. İkincisi də ,hansı nəzəriyyədən, ideya-siyasi prinsiplərdən,mənəvi saflıqdan  danışırsınız,YAP-ın  nəzəriyyəsindənmi, ideya-siyasi prinsiplərindənmi,saflığındanmı ? Şəxsən siz uzun müddətdir ki,başayaq çevrilən bu prinsiplərin əsas tənqidçilərindən  biri olmamısınızmı?  Bu gün YAP-ın ancaq və ancaq bir nəzəriyyəsi,bir prinsipi vardır ki: İllərlə, damla-damla dünyada yaradılmış  bütün nəzəriyyələrə, demokratik prinsiplərə  bir loppağ tüpürmək, ziyalılarımızı  ac-yalavac saxlamaqla öz qanunsuz əməllərinə əl çaldırmaq, qarşı tərəfi aşağılamaqda sizlərdən istifadə etmək.Millətinə qan udduran,sayma seçmə oğullarını zindanlara dolduran,ölkənin sərvətlərini talayıb insanları səfalətdə saxlayan  bu hakimiyyətə elə belə mövqeli,daha doğrusu,belə  mövqesizlik,xaraktersizlik  lazım deyilmi?  İndiki,xalqına düşmən münasibət sərgiləyən pulgirlər hakimiyyətini ayaqda saxlayan əksər ziyalılarımızın öz gödənini güdməsi,şəxsi məqsədləri üçün hakimiyyətə “ləbbey”x9d deməsi bizim  şəxsi mənafelərini güdən ,ziyalı adına ləkə gətirən ziyalıların xaraktersizliyi deyilmi? Bax,bu yerdə, siz daha  yaxşı bilərsiniz,fransız filosofu  J.Dalamberin belə bir ifadəsi yada düşür ki,  ”x9d Adam nə qədər xaraktersizdirsə,cəmiyyət üçün bir o qədər təhlükəlidir.”x9d                                                                                                                                                                        
Yazınızda meydanları tapdağ etməkdən,beş-altı gənci başdan eləyib dustaqxanalara salmaqdan yazırsınız,onların taleyi üzərində siyasət alış-veriş qurmaqdan bəhs edirsiniz.                                                                                                      
Hörmətli Əbülhəsən müəllim ! Siz,doğrudanmı siz və  sizin kimi düşünən  ziyalılardan fərqli olaraq ədalətsizliklərə susmayan,  haqsızlığa,qanunsuzluğa,talançılığa qarşı keçirilən mitinqləri, insanları lağa qoyursunuz,ələ salırsınız? Doğrudanmı bilmirsiniz yaşlı,xəstə,amma,sınmayan Leyla Yunus; cəsur,cəsur olduğu qədər də millətini sevən,onun haqları uğrunda cavan həyatını təhlükəyə  qoyan Xədicə İsmayılova;hüquqçu, İntiqam Əliyev və yüzə qədər qeyrətli oğul və qızlarımız nəyə görə şərlənərək həbs edilib? Axı,onlar özləri üçün yox,sizin, mənim,milyonların haqqını qorumaq üçün canlarını fəda ediblər. Belə igid,cəsur insanları ,onların müqəddəs işlərini  lağa qoymağa sizi vadar edən nədir? Əlbəttə,onların heç biri sizin kimi 200-dən artıq elmi əsərin müəllifi olmamışdır. Amma,bununla belə, bu gün, ədalətsizliklərə qarşı  ədalətsiz mövqeyinizə görə,mən də sizin 200-dən çox  əsərinizin yanından təəssüflə  keçib  lağa qoyduğunuz azadlıq mücahidlərinin hər birinin qarşısında ehtiramla baş əyirəm. Rim  filosofu,siz daha yaxşı bilərsini,Seneka  deyirdi ki,”x9dİnsanlar var ki,məqsədsiz yaşayırlar,çayda ot çöpü kimi həyata gəlirlər:onlar getmirlər,onları aparırlar.”x9d                                                                                                                                                    
Gözləmək olardı ki,tanınmış,hörmətli,heç nəyə bulaşmamış  sizin kimi alim  hal-hazırda ölkədə törədilən haqsızlıqlara dözməyəcək,millətin səsinə səs verən mitinqləri lağa qoymadan haqq səsini  ucaldacaq, haqq  üçün ölüm-dirim savaçına çıxan  insanlara mənəvi dayaq olacaq,onları daha  qiymətli sözlərlə ruhlandıracaqsınız.Özünə,öz nəfsinə qalib gələn bu mübariz insanlara dəstək olmaqla bərabər,siz, zəif, iradəsiz insanlara da Buddanın bu müdrik kəlamını xatırladardınız  ki,”x9d Əgər,kimsə döyüşdə min nəfərə min dəfə qalib gəlirsə,başqası isə özü-özünə qalib gəlirsə,məhz o döyüşdə ən böyük  qalibdir.”x9d  Bəs,siz neynirsiniz? Yazınızın sonunda bütün fəlakətlərimizin baiskarlarından biri akademik Ramiz Mehdiyevi  “ustad administrator”x9d adlandırır,onu bizə nümunə göstərirsiniz.Ölkəni dubinka ilə idarə edənlərin ilhamçısı  R.Mehdiyevi nümunə kimi göstərməyiniz nə məqsədlə edilir,hansı nəzəriyyəyə söykənərək səsləndirilir,deyə bilmərəm.İmanımı yandıra bilmərəm,amma,bəlkə də bu yaxınlaşan parlament seçkilərinin əsən küləklərinin əlamətidir,yaxud da,akademiyaya seçilmək istəyindən irəli gəlir,yaxud da, vəzifə eşqindən ? Axı,elə şöbə müdiri olduğunuz akademiyadan eşitdiyim qədər,siz  savadlı alim,sərbəst mövqeli, demokratik düşünsəli insan olduğunuza , hakimiyyətə əyilmədiyinizə görə uzun müddət layiq olduğunuz işlərə  irəli çəkilməmiş,daha yüksək vəzifələrə seçilməmisiniz.İndi nə olub ki,bizim həyatımızda yaxşılığa doğru nə dəyişmişdir ki,sizin  prinsipal mövqeyinizdə sapmalar baş vermişdir? Əgər,belə bir mövqe dəyişikliyi varsa,buna şübhə yoxdur,onun səbəbi nədir?Hər bir halda, Ramiz Mehdiyevi “ustad administrator”x9d, müxalifətin  yerinə işləməyə borclu olmayan adam kimi  təqdim etməyiniz ,sizin bu zərərli nümunəniz indiyə qədər təmsilçisi olduğunuz demokratik düşərgə üçün,azadlıq sevərlər üçün,addımbaşı haqları tapdalanan  insanlar üçün qəbul edilməzdir. Ən azından,  özünüz elə bu yazınızda  da yazdığınız kimi,”x9dölkənin kütləvi oliqarxlaşmasının,sərvətlərin azlığın əlində cəmləşməsinin, yoxsulların daha da yoxsullaşmasının”x9d səbəbkarı,baiskarı  mən yox,siz yox,elə tərifini göylərə qaldırdığınız ustad administratorlardır.                                                                                                                                                                
Yazınız sonunda daha bir nəfərə -həyatın bütün acılarını görmüş,cavan vaxtından, əqidəsinə görə,nə az,nə çox-düz  sərasər səkkiz il günahsız yerə zindan həyatı yaşamış tanınmış hüquqşünas Qurban Məmmədova fəlsəfə dərsi keçməyi də unutmursunuz. Yazırsınız ki:”x9d Düzü,mən elə bilirdim ki,o(Qurban Məmmədov)çoxdan cəbhəçilik xəstəliyindən qurtarıb,siyasi fəaliyyətini tam yeni məcrada gerçəkləşdirmək  istəyir.Ancaq dalbadal bir sıra mülahizələrini,çağırışlarını oxuduqca çox təəssüfləndim. Görünür,çarəsizlik hərdən ağıllı adamı da çaşdırır.”x9d                                                                                                                                                                
Mən sizin bu sözlərinizə, elə Qurban bəyin ləyaqətli ,mərd ,cavanlığından məhrumiyyətlərə dözməyə məcbur olan  xanımının sözləri ilə cavab vermək istəyirəm. Qurban bəy növbəti dəfə siyasi mövqeyinə görə şərlənərək həbs ediləndə biz,bir qrup hüquqşunas onların evinə getdik və ailəyə təsəlli vermək istədik.Lakin,Qurban bəyin xanımı bizi qonaqpərvərliklə qarçılayıb, yaşına xas olmayan müdrikliklə  dedi ki: Biz,artıq buna öyrəşmişik. Bir də,valideyinləri təsadüfən onun adını “Qurban”x9dqoymayıblar ki,onu xalqına qurban veriblər”x9d                                                                                                                                                             
Budur bizim mübariz gənclərimizə,sözün böyük mənasında kişilərimizə əlavə  güc verən qeyrətli xanımlarımız!                                                                                                                                                                       Budur reallıqda millətə fayda verməyən  elmi əsərlərin, heç bir dərdimizə yaramayan  çürük nəzəriyyələrin fövqündə duran ləyaqətli həyat prinsipləri.                                                                                                             
İndi  əlinizi ürəyinizin üstünə qoyub səmimi deyin, cənab  professor:  Çaşan kimdir ?                                                                                

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin