Azərbaycan rəhbərliyi ölkədə radikal dini qruplaşmalardan istifadə edərək qarışıqlıq yaratmaq istəyən qüvvə və ölkə haqqında dəqiq məlumatlara xa0malikdir. Sadəcə müəyyən səbələrə görə adını açıqlamaq istəmir.xa0
Bunu Moderator.az -a açıqlamasında politoloq Mübariz Əhmədoğlu xa0deyib.
Onun sözlərinə görə, xa0Milli Təhlükəsizlik Nazirliyi xa0ölkəmizə qarşı xa0gözlənilən istənilən təhdid və təhlükənin qarşısını vaxtında müəyyən edib onu xa0zərərzisləşdirmək qüdrətinə malikdir. “Milli Təhlükəsizlik orqanı necə ki, 2012-ci ildə Eurovision musiqi müsabiqəsi öncəsi ölkədə bu müsabiqənin qarşısını almağa yönələn təxribat xarakterli əməllərin qarşısını uğurla aldısa, qarşıda gələn Avropa oyunları zamanı da uğurlu fəaliyyət göstərib istənilən təhlükənin zərərsizləşdirəcək. Çünki Eurovisiondan sonra MTN daha peşəkar və bacarıqlı kadrlarla təmin olunub. Bu sözləri ona görə deyirəm ki, Azərbaycan əleyhinə olan qüvvələr də keçən dəfə ki, uğursuzluqlarında nəticə çıxarıb yeni taktika ilə hərəkət etməyə çalışacaqlar. Ancaq onlar başa düşməlidirlər ki, Azərbaycanın təhlükəsizlik orqanlarının peşəkar kadrları da belə təhdidləri vaxtında müəyyən edib, preventiv tədbirlər görməyə qadirdir. Bir daha həmən ölkəyə üzümü tutaraq demək istəyirəm ki, həyata keçirdiyiniz istənilən təhdidin qarşısını almağa hazırıq və alınacaq da.”x9dxa0
Ermənistanın Avropa oyunları zamanı ölkə daxilində xa0hər hansı xa0təxribat törətmək niyyətinə gəldikdə M. Əhmədoğlu deyib ki, Ermənistan bu gün xa0o gücdə deyil: “Amma Ermənistanın maraqlarına uyğun bəzi işləri elə həmən elə adını çəkmək istəmədiyimiz dövlət reallaşdırır. Ermənistan hazırda öz başının hayındadır.”x9d
M. Əhmədoğlu bildirib ki, bu radikal qüvvələr istər Avropa oyunları. İtərsə də ondan sonra baş verəcək proseslərdə aktiv iştirak edib uzunmüddətli siyasi aksiyalar həyata keçrisinlər.
xa0Azərbaycan müxalifətindən bu proseslərdə iştirakına gəldikdə M. Əhmədoğlu dedi ki, bu mümkün deyil: “Ayrı-ayrı adamlar və qüvvələrin belə bir arzusu ola bilər. Ancaq hesab etmirəm ki, bu ssenarini həyata keçirmək istəyən qüvvə və ya dövlət Azərbaycan müxalifətinə möhtacdır. Azərbaycan xa0müxalifəti olsa-olsa bu prosesdə bir əlaltı kimi istifadə oluna bilər. Ona görə də mən müxalifətin bu məslədəki rolunu heç 2-3-cü dərəcədə də görmürəm.”x9d





































































































