Bil Şuster 20 Yanvar Faciəsinin ildönümü ilə bağlı bəyanat verib

Hazırda oxunan: Bil Şuster 20 Yanvar Faciəsinin ildönümü ilə bağlı bəyanat verib

67621
ABŞ Konqresmeni Bil Şuster 20 Yanvar Faciəsinin 25-ci ildönümü ilə bağlı bəyanat vermişdir.

Moderator.az ABŞ səfirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupun həmsədri konqresmen Bil Şuster 20 Yanvar Faciəsinin 25-ci ildönümü ilə bağlı bəyanatla çıxış etmişdir. Konqresmen Şuster 1990-cı ilin 20 yanvar tarixində 26 000-lik ağır silahlı sovet hərbi birləşməsi tərəfindən dinc nümayiş keçirən mülki şəxslərə hücum həyata keçirildiyini və nəticədə yüzlərlə insanın həlak olduğunu və yaralandığını bildirmişdir. Konqresmen bu hadisəni kommunist rejiminin çökməsinin qarşısını almaq üçün SSRİ-yə daxil olan digər respublikalara xəbərdarlıq kimi qiymətləndirmişdir.xa0

Konqresmen Şuster 20 Yanvar hadisəsinin Azərbaycan xalqını daha da birləşdirdiyini və proseslərin Azərbaycanın müstəqilliyini elan etməsi ilə nəticələndiyini bəyan etmişdir. Eyni zamanda, konqresmen ABŞ ilə davamlı dostluğa görə Azərbaycan xalqına öz təşəkkürünü ifadə etmişdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin