Bu gün Azərbaycan jurnalistikasının bənzərsiz uzmanlarından olan teletənqidçi, BDU-nun professoru, AMEA-nın şöbə müdiri Qulu Məhərrəmlinin 60 yaşı tamam olur.
Moderator.az bir neçə gün öncədən təbriklər yağışına düşmüş dostumuza deyilən, yazılan ürək sözlərini həm də öz oxucularına çatdırmaq missiyasını öz üzərinə götürüb. İndi də millət vəkili Fazil Mustafanın təbriklərini təqdim edirik:
"Azərbaycan jurnalistikasında öz sözü, üslubu və xarakteri ilə seçilən dəyərli bir sima var. Hamının ürək qızdıra biləcəyi, peşəkarlığından faydalanmağa çalışdığı, dostlar çevrəsində uzlaşdırıcı kimliyi ilə sevilən Qulu Məhərrəmlinin 60 illik yubileyi həqiqətən Azərbaycan ictimai həyatında bir hadisə sayılmalıdır. Qulu müəllimi ürəkdən təbrik edirəm, faydalı iş əmsalının daha da yayğınlaşmasını, jurnalstikamızda peşəkarlıq nümunələrindən biri kimi bundan sonra da statusunu qorumasını və ailəsi ilə birlikdə sağlam həyat arzulayəram."






























































































