Moderator.az xəbər verir ki, Kiprdə diabet xəstələri ilə bağlı keçirilən beynəlxalq konfransada iştirak edən millət vəkili, elmlər doktoru, respublikanın baş endokrinoloqu Rafiq Məmmədhəsənovun çıxışı çoxsaylı iştirakçılar tərəfindən böyük maraq və heyranlıqla qarşılanıb.
Məlum konfransla bağlı
saytımıza açıqlama verən R.Məmmədhəsnov konfransın əhəiyyəti və orada
qaldırılan məsələlərə diqqət çəkib:
“Kiprdə şəkərli diabetə həsr
edilən beynəlxalq konfrans keçirilib. Dünyanın 100 ölkəsindən nümayəndələr
iştirak edirdi. Konfrana Türkiyə və digər qonşu ölkələrdən də təmsilçilər qatılmışdı. Bunu təşkil edənlər Türk Diabet Vəqfi, Türk
Diabet Asossasiyası, Ağ Dəniz Universiteti, Kipr Yaşlı Vəqfi, yəni Kiprin yaşlı
diabet xəstələri təşkil edib. Burada 45 dəqiqəlik məruzə ilə çıxış elədim. Şəkərli
diabet ağırlaşmaları ”“ göz ağırlaşmaları, böyrək ağırlaşmaları və s. ilə bağlı
bir sıra vacib məsələlərə toxundum. Çıxışım böyük maraqla qarşılandı. Konfransda
ölkəmizi Tibb Universiutetinin kafedra müdiri, həm də baş endokrinoloqu kimi təmsil
etdim. Dünyada 380 milyon bu cür xəstə var. Azərbaycanda isə onların sayı 206
min nəfərdir. Azərbaycanda diabetli xəstələrlə bağlı dövlət proqramı mövcuddur.
Dövlət bu xəstələrin dərman təminatı və s. kimi məsələləri öz üzərinə götürüb. Bu
proqramı MDB məkanında ilk olaraq biz qəbul eləmişik. Sonradan başqa ölkələr Azərbaycana
baxaraq oxşar proqramlar qəbul etdilər. Azərbaycanda 11 dövlət proqramı var. Lakin
ilk qəbul edilən diabetli xəstələrlə bağlı proqramdır. Talassemiyalı, vərəmli və
s.xəstələrlə bağlı da proqramlar mövcuddur. Bu xəstələrin müalicəsini dövlət öz
üzərinə götürüb. Biz öz çıxışımızdda diabetin getdikcə artan və bəşəriyyət üçün
daha ciddi problemə çevrilən xəstəlik olduğuna diqqət çəkdik. Təklif etdik ki,
bu problemlə mübarizə mqəsədi ilə birləşək və birgə mübarizə aparaq. Çıxışımın əsas
məğzi bu idi”.
Seymur Əliyev





























































































