Moderator.az xəbər verir ki, bu fikri millət vəkili Gövhər Baxşəliyeva “Polis haqqında” qanunda elektroşokdan istifadəni nəzərdə tutuan dəyişikliyə mövqeyini açıqlayarkən deyib.
Öz fikrini əsaslandıran millət vəkili bildirdi
ki, bu dəyişiklik anti-humanist bir dəyişiklikdir: ” Mən özüm həm bu cür filimlərə
baxmışam və ədəbiyatlar oxumuşam. Odur ki, mən bu dəyişikliyi anti-humanist addım
hesab edirəm və hesab edirəm ki, Azərbaycan polisinə elektroşokerdən istifadə
etmək icazə vermək düzgün qərara deyil. Polisin elektroşoker tətbiq edəcəyi şəxsin
vəziyyətini indidən analyıram.”
Millət vəkili bildirdi ki, elektroşoker tətbiq
edilən şəxs həm mənəvi, həm də fiziki baxımdan travma alacaq:
“Bu da
sonda həmin şəxsin cəmiyətə aqressiv münasibətinin formalaşmasına gətirib
çıxaracaq. Bütün bunları nəzərə alaraq mən bu dəyişikliyin əleyhinəyəm və səs
verməyəcəyəm.”




































































































