Məşhur "Kurtlar Vadisi Pusu" filminin yeni seriyası bu axşam yayımlanmayacaq.
ANS PRESS-in məlumatına görə, Azərbaycanda da çoxlu izləyicisi olan Türkiyə serialının 235-ci bölümü Avropa Liqası çərçivəsində keçirilən "Partizan" - "Beşiktaş" oyunu səbəbindən efirə verilməyəcək.
Bu həftə serialın yeni bölümünün fraqmanı da yayımlanmayıb.
Filmlə bağlı "Pana Film"dən hər hansı bir açıqlama verilməyib.
Qeyd edək ki, "Star" TV-dən bu axşam yerli vaxtla saat 22:05-də "Partizan" - "Beşiktaş" oyunu yayımlanacaq.





































































































