İtaliya qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımır

Hazırda oxunan: İtaliya qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımır

58133
“Həm Azərbaycan hökumətinə, həm də ictimaiyyətinə bəllidir ki, İtaliya və Avropa İttifaqı qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımır”.

Bunu APA-nın sorğusuna cavab olaraq İtaliyanın Azərbaycandakı səfirliyindən bildiriblər.
 
Səfirlik bu yaxınlarda İtaliyanın Rimini şəhərində keçirilən beynəlxalq turizm sərgisində Dağlıq Qarabağdakı separatçı rejimin iştirakını şərh edərək bu tədbirin özəl bir tədbir olduğunu və təşkilatçılarla Ermənistan arasında ticari müqavilənin bağlandığını qeyd edib: “Qeyd olunmalıdır ki, Riminidəki bu tədbir özəl təşkil olunmuş tədbirdir. Təşkilatçılar Ermənistandan gələn iştirakçılarla ticari müqavilə bağlayıblar və öz növbəsində Ermənistan tərəfi də ortaq iştirakçının (qondarma “Dağlıq Qarabağ Respublikası”nın) sərgi stendinə qoşulmasına icazə verib. Bu xəbər İtaliya XİN-in diqqətinə çatdırılan kimi, tanınmamış bu qurumun sərgidə iştirakının aradan qaldırılması istiqamətində müvafiq addımlar atılıb”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin