Nazir çex həmkarı ilə Anlaşma Memorandumu imzaladı - FOTO

Hazırda oxunan: Nazir çex həmkarı ilə Anlaşma Memorandumu imzaladı - FOTO

611623

Almaniyada Azərbaycan və Çex Respublikası arasında nəqliyyat və şəhər mobilliyi üzrə Anlaşma Memorandumu imzalanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" hesabında paylaşım edib.

"Almaniyada Çex Respublikasının nəqliyyat naziri İvan Bednarik ilə görüş keçirdik.
 

Görüşdə ölkələrimiz arasında nəqliyyat sahəsində əməkdaşlığın inkişafı məsələlərini müzakirə etdik.


Sonda nəqliyyat və şəhər mobilliyi üzrə Anlaşma Memorandumu imzaladıq. İnanırıq ki, bu sənəd dayanıqlı nəqliyyatın inkişafına, rəqəmsallaşmaya və Orta Dəhliz üzrə əməkdaşlığın güclənməsinə töhfə verəcək", - paylaşımda qeyd edilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin