Bakıdan Putinə kommunistsayağı təbrik məktubu...

Hazırda oxunan: Bakıdan Putinə kommunistsayağı təbrik məktubu...

57351
Moderator.az-ın məlumatına görə Azərbaycan kommunistləri Rusiya Federasiyasının Prezidenti Vladimir Putini doğum günü münasibəti ilə təbrik ediblər. 

Bu barədə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ideoloji məsələlər üzrə katibi Ədalət Abdinov məlumat verib. Onun sözlərinə görə təbrikdə deyilir: 

“Ad gününüz münasibətilə Azərbaycan kommunistlərinin ən səmimi təbriklərini və ən xoş arzularını qəbul edin. Rusiya dövlət və demokratiya təsisatların, iqtisadi, sosial və humanitar sahələrin gələcək sosializmə doğru istiqamətləndirilməsində üstün cəhətlərin hiss olunması məhz Sizin müdrik rəhbərliyinizin uğurlu nəticəsidir. Ümid edirik ki, bu gün Rusiyada həyata keçirilən genişmiqyaslı proqram və layihələr həmin işıqlı gələcəyə hesablanmışdır.

 Beynəlxalq imperializm tərəfindən SSRİ süquta uğrayandan sonrakı illərdə - məhz Sizin rəhbərliyiniz müddətində Azərbaycan - Rusiya kommunist təşkilatları arasında münasibətlər yüksək səviyyəyə çatmışdır. Onlar arasında ikitərəfli münasibətlərin möhkəmlənməsinə, əməkdaşlıq və strateji tərəfdaşlığın hərtərəfli inkişafına Sizin töhfənizi xususilə qeyd edirik. 
 
Hörmətli Vladimir Vladimiroviç, bu əlamətdar gündə Sizə cansağlığı, firavanlıq və uğurlar arzulayırıq”.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin