Moderator.az xəbər verir ki, millət vəkili Qənirə Paşayeva AŞPA-nın insan haqları üzrə komissarı Nils Muyjniekslə görüşüb və 20 ildən artıqdır ki, Ermənistan tərəfindən insan haqları tapdanmaqda davam edən azərbaycanlı qaçqın və məcburi köçkünlərin pozulan hüquqlarının müdafiəsi məsələlərində bir komissar kimi daha da principal mövqe tutmasını və bu istiqamətdə səylərini daha da artırmasını xahiş edib. Millət vəkili Qənirə Paşayeva bildirib ki, evlərindən köçkün düşmüş insanların uzun illərdir öz evlərinə dönə bilməməsi bölgədə hassaslıığı daha da artırır. 20 ildən çoxdur ki, Avropa Şurasının üzvü Ermənistan bütün beynəlxalq hüquq norma və prinsiplərinə zidd olaraq, Avropa Şurası qarşısında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı üzərinə götürdüyü öhdəliklərə əməl etməyərək, AŞPA-nın 1416 saylı qətnaməsinə məhəl qoymayaraq işğal etdiyi Azərbaycan torpalarını işğaldan azad etmir və 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün insan haqlarını tapdalamaqda davam edir deyən millət vəkili cənab Nils Muyjnieksdən qaçqın və köçkünlərin bir insan haqları kommisarı kimi ondan bu məsələlərdə daha sərt mövqe ortaya qoymasını və səylərini daha da artıqmasını gözlədiklərini deyiblər. Millət vəkili insan haqları üzrə komissardan Ermənistanın girov götürdüyü Dilqəm Əhmədov və Şahbaz Quliyevin azad edilməsi istiqamətində səylərini əsirgəməməyi də xahiş edib. İnsan haqlarının müdafiəsinin onun əsas vəzifəsi olduğunu deyən AŞPA-nın insan haqları komissarı Nils Muyjniekslə bu mövzular ətrafında fikir mübadiləsi aparılıb.

- A-
- A
- A+
Gündəm
17:58 / 04.10.2014
Qənirə Paşayeva Nils Muyjniekslə görüşüb
Hazırda oxunan: Qənirə Paşayeva Nils Muyjniekslə görüşüb
Hazırda oxunan: Qənirə Paşayeva Nils Muyjniekslə görüşüb
57148
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































