Kənd Təsərrüfatı Nazirliyi “Elektron Kənd Təsərrüfatının Subsidiya və Siyasətə dair İnformasiya Sistemi”nin yaradılması xidmətlərinin satınalınması məqsədilə açıq tender elan edir.
Moderator.az -ın Nazirliyə istinadla verdiyi məlumata görə, tenderin predmeti “Elektron Kənd Təsərrüfatının Subsidiya və Siyasətə dair İnformasiya Sisteminin (SSİS) yaradılması”dır.
Bununla, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi “Elektron Kənd Təsərrüfatının Subsidiya və Siyasətə dair İnformasiya Sisteminin (SSİS) yaradılması” xidmətlərinin göstərilməsi üçün təkliflər təqdim etməyə dəvət edir. Tenderdə proqram təminatının tərtibi, tətbiqi və idarə edilməsi, rəqəmsal məkan məlumat bazasının yaradılması və inteqrasiyası, GİS proqram təminatının hazırlanması və tətbiqi, İnteqrasiya edilmiş İdarəetmə və Nəzarət Sisteminin (İACS) prinsiplərinə əsaslanan informasiya sistemlərinin yaradılması və bu sahələrdə təcrübəli mütəxəssislərə malik olan hüquqi şəxslər iştirak edə bilərlər.
Tender «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən həyata keçirilir.
İddiaçılar Azərbaycan dilində tərtib olunmuş (texniki tapşırığın İngilis dilində tərcüməsi mövcuddur) tenderin əsas şərtlər toplusunu Kənd Təsərrüfatı Nazirliyinə tenderdə iştirak etmək üçün yazılı müraciət etdikdən və nazirliyin göstərilən hesabına iştirak haqqı kimi 500 AZN məbləğində geri qaytarılmayan vəsaiti ödədikdən sonra Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Bakı şəhəri, Ü. Hacıbəyli küçəsi, 80, Hökumət Evi, 7-ci mərtəbə, otaq 755 ünvanından əldə edə bilərlər:
Adı: Dövlət Xəzinədarlığı Agentliyi
Kodu: 210005
VÖEN: 1401555071
Müxbir hesab: AZ41NABZ01360100000000003944
S.W.I.F.T.: CTREAZ22
Kənd Təsərrüfatı Nazirliyi
Hesab No.: AZ94CTRE00000000000002188301
VÖEN: 1700069791
Büdcə səviyyəsi: Fond 7
Büdcə təsnifatı: 142340
Ödəniş sənədində ödənişin məqsədi göstərilməlidir.
Əlaqələndirici şəxs - Qabil Hüseynov
Telefon: +994 12 498 64 49
E-poçt: [email protected]
Seçim iddiaçıların texniki və maliyyə təkliflərinin qiymətləndirilməs üsulu ilə aparılacaq.
Tender təkliflərinin son təqdim etmə tarixi və ünvanı: 03 dekabr 2014-cü il, yerli vaxtla saat 16:00, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Bakı şəhəri, Ü. Hacıbəyli küçəsi, 80, Hökumət Evi, 7-ci mərtəbə, otaq 755.
Gecikdirilmiş təkliflər açılmadan geri qaytarılacaq.
İddiaçıların təklifləri olan zərflərin açılışı 2014-cü ilin 3 dekabr tarixində yerli vaxtla saat 17:00-da Bakı şəhəri, Ü. Hacıbəyli küçəsi, 80, Hökumət Evi, 7-ci mərtəbə, otaq 722 ünvanında keçiriləcək.
İddiaçıların səlahiyyətli nümayəndələri zərflərin açılışında iştirak edə bilərlər.





































































































