Müsavatın başqan müavinindən ilginc açıqlama...

Hazırda oxunan: Müsavatın başqan müavinindən ilginc açıqlama...

56170
Müsavat başqanının müavini Gülağa Aslanlı bu gün 36 partiya funksionerinin Qubad İbadoğlunun namizədliyini dəstəkləmələrinə Moderator.az-da maraqlı şərh verib:

"Mən Arif Hacılının Seçki qərargahının belə bir bəyanat yazaçağına inanmıram. Çünkü görünən kəndə bələdçi lazım deyil. Müsavat Partiyasının başqanı Qurultay nümayəndələri tərəfindən seçiləcək və o şəxs peşəkar siyasətçi olmalıdır. O siyahıda adları qeyd olunanların xeyli hissəsi qurultay nümayəndəsi deyil. Son 4 ildə partiyanın fəaliyyətində rolu olmayan insanlar da var. Siyahının necə tərtib olunması haqqında məlumatsızam. Amma orada adlarını ilk dəfə gördüyüm şəxs də var, partiyanı tərk etdiyini bildirən də. Ümumiyyətlə, hər bir namizədin öz seçki kampaniyasını necə aparmasını müəyyənləşdirmək hüququ var. Əgər bu formanı doğru hesab edirlərsə, davam etsinlər."

Moderator.az Qubad İbadoğlunu dəstəkləyən bəyanat müəlliflərini oxuculara təqdim edir:

Tofiq Yaqublu, Müsavat başqanının müavini, siyasi məhbus
Mehman Cavadoğlu, Müsavat başqanının müavini
Məryəm Oruclu, Müsavat başqanının müavini
Vurğun Əyyub, Müsavat Divanının üzvü
Hökümə İbrahimli, Müsavat Divanının üzvü
İbrahim İbrahimli, Mərkəzi Nəazrət-Təftiş Komissiyasının sədri
Hikmət Hacızadə, Müsavat Məclisinin üzvü
Fəxrəddin Bağırlı, keçmiş Divan üzvü
Cəlal Allahverdiyev, Akademik
Adil Qeybulla, Tibb elmləri doktoru, professor
Yusif Qəmbərov, Elmlər doktoru
Arifə Hüseynli, Müsavat Məclisinin katibi
Əhliman Abbaslı, Gənclər Təşkilatının sədri
Ellada Məmmədli, Qadınlar Təşkilatının sədri
Məzahir Məmmədli, Mərkəzi Nəzarət-Təftiş Komissiyasının üzvü
Etibar Bayramlı, Mərkəzi Nəzarət-Təftiş Komissiyasının üzvü
Əlövsət Talışxanlı, Mərkəzi Nəzarət-Təftiş Komissiyasının üzvü
Rüfət Sultan, Mərkəzi Nəzarət-Təftiş Komissiyasının üzvü
Səmayə Hüseynova, Mərkəzi Nəzarət-Təftiş Komissiyasının üzvü
Nizaməddin Quliyev, Müsavat başqanının müşaviri
Dünyaxanım Cərullayeva, Müsavat başqanının müşaviri
Mərdan Mehdili, Müsavat başqanının müşaviri
Asif Məmmədli, Müsavat Məclisinin üzvü
Aypara Rüstəmova, Müsavat Məclisinin üzvü
Bəhruz Əsədbəyli, Müsavat Məclisinin üzvü
Böyükkişi Heydərli, Müsavat Məclisinin üzvü
Elxan Mehdiyev, Müsavat Məclisinin üzvü
Seyidəli Məmmədli, Müsavat Məclisinin üzvü
Elşad Paşasoy, Müsavat Məclisinin üzvü
Hamlet Səfixanlı, Müsavat Məclisinin üzvü
Qalabəy Ağalarlı, Müsavat Məclisinin üzvü, Komissiya sədri
Məlahət Mürşüdlü, Müsavat Məclisinin üzvü
Nəsibə Şuşalı, Müsavat Məclisinin üzvü
Nigar Yaqublu, Müsavat Məclisinin üzvü
Füzuli Cərullayev, Regional koordinator 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin