“Mən dəfələrlə bu haqda demişəm ki, nə Vladimir Putin, nə də Dmitri Medvedev Dağlıq Qarabağı Azərbaycana qaytara bilməz”.
Bunu Moderator.az- a açıqlamasında Rusiya Prezidenti yanında Millətlərarası Əlaqələr üzrə nümayəndə və V. Putinin səllahiyyətli nümayəndəsi Söyün Sadıqov QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin “Ümüd edirik ki, Putin Dağlıq Qarabağı geri qaytarmağa yardım edər” kimi sözlərinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Rusiyanın vəziyyətini anlamaq lazımdır: “Anlayın, Ermənistanada Rusiyanın hərbi bazası yerləşir. Bu da Rusiya üçün geosiyasi məsələlərə görə çox önəmlidir. Nəzərə almaq gərəkir ki, Yaxın Şərq, İran, Türkiyə, Gürcüstanı və NATO-nun Cənubi Qafqazda hərbi baza yerləşdirmək niyyətini nəzərə alsaq, Ermənistanda hərbi bazanın yerləşməsi Rusiya üçün olduqca önəmlidir. Ona görə də Dağlıq Qarabağı yalnız və yalnız azərbaycanlılar özləri geri qaytara bilər”.

































































































