ATU-da Türkiyə tibb mərkəzləri ilə telekonfrans keçirilib

Hazırda oxunan: ATU-da Türkiyə tibb mərkəzləri ilə telekonfrans keçirilib

48152

Moderator.az xəbər verir ki, Azərbaycan Tibb Universitetində Türkiyəli alimlərin iştirakı ilə telekonfrans keçirilib. Bağlantıya ATU professorları ilə yanaşı,Türkiyənin Bilim Universiteti, Şişli “FLORENCE NİGHTİNGALE” Araşdırma və uyğulama xəstəxanasının mütəxəssisləri qatılıblar.

 

ATU-nun Tədrik Terapevtik Klinikasında baş tutan canlı telekonfrans zamanı Metabolik xəstəliklər, belə xəstəliklər zamanı qaraciyər transplantasiyası mövzusunda çıxışlar olub. Bu mövzuda professor Dr. Yaman Tokat, Yıldıray Yüzey, Ahmet Aydın və Tülay Erkan danışıblar. Həmçinin, depo xəstəlikləri, aminturşu metobolizm pozğunluqları, üzvi asimediyalar mövzusunda məruzələr səslənib.

 

Canlı bağlantının sonunda xəstəlik faktlarına dair müzakirələr aparılıb. Konfrans zamanı Tibb Universitetində aparılan müayinə və müalicələr, əməliyyatlar barədə videofaktlar açıqlanıb. Öz növbəsində, türkiyəli mütəxəssislər də müzakirə olunan xəstəliklərə dair həyata keçirilən uğurlu müalicələr haqqında məlumatları, foto və video çarxları nümayiş etdiriblər.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin