SSRİ-nin dağılması indi Rusiya və Ukraynada təkrarlanır

Hazırda oxunan: SSRİ-nin dağılması indi Rusiya və Ukraynada təkrarlanır

44324
“SSRİ-nin dağılması ərəfəsində ölkədə baş verən hadisələr bu gün Rusiya və Ukraynada yaşanır. SSRİ-nin dağılması necə xaricdən təşkil edilmişdirsə, bu gün Rusiya və Ukraynada da eyni ssenari təkrarlanır”. ANS PRESS-in məlumatına görə, bunu hakim “Vahid Rusiya” partiyasından olan millət vəkili Yevgeni Fyodorov deyib.

“Bir qrup deputat Sovet İttifaqının dağılması dövründə baş verən hadisələri yoxlamaq məqsədilə ölkənin Baş prokuroru Yuri Çaykanın adına sorğu ilə müraciət etmişik. Sorğuda bildirilir ki, 1991-ci ildə ölkəyə edilən xarici müdaxilələr nəticəsində həyata keçən dövlət çevrilişinin əsl səbəbləri araşdırılsın”, Yevqeni Fyodorov bildirib.

Onun sözlərinə görə, SSRİ-nin dağılmasına xidmət edən qüvvələr bu gün Ukraynanı dağıtmağa çalışır.

Qeyd edək ki, Rusiya Dövlət Dumasının bir qrup deputatı Sovet İttifaqının dağılması dövründə baş verən hadisələri yoxlamaq məqsədilə ölkənin Baş prokuroru Yuri Çaykanın adına sorğu ilə müraciət edib. 

Müraciətdə SSRİ-də keçirilən referendum zamanı dövlətin vahid şəkildə idarə olunmasını dəstəkləsə də, o dövrki hakimiyyətin atdığı qeyri-qanuni addımlar ölkənin dağılmasına səbəb olduğu bildirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin