Politoloq Zərdüşt Əlizadə Moderator.az-a açıqlamasında Qarabağda müharibə ehtimalını dəyərləndirib. Rusiyanın hər zaman olduğu kimi bu gün də Ermənistanın yanında yer aldığına diqqət çəkən ekspert, Qərbin də indiki məqamda Azərbaycanna dəstək olmayacağını vurğulayıb: “İndiki məqamda Azərbaycanın Ermənistana hücum etməsi faydasız, səmərəsiz addım olar. Çünki həmin an Rusiya məsələyə qarışacaq. Gürcüstan hadisəsi göstərdi ki, bu kimi məsələlərdə Rusiya üçün bəhanə tapmaq çox asandır. Krım hadisəsi göstərdi ki, Rusiya heç kəsdən çəkinmir. Qərb də Azərbaycanın tərəfində durmayacaq və Ermənistanı müdafiə edəcək. Odur ki, Azərbaycan bunun üçün daha münasibət bir şəraitin yetişməsini gözləməlidir”.
Seymur Əliyev




































































































