“Əli İnsanovun azadlığa çıxacağını gözləyirik”

Hazırda oxunan: “Əli İnsanovun azadlığa çıxacağını gözləyirik”

39817

Yanvarın 17-də Bakı Apelyasiya Məhkəməsində sabiq səhiyyə naziri Əli İnsanovun işi üzrə məhkəmə iclası olacaq.

Əli İnsanovun vəkili Toğrul Babayev virtualaz.org saytına açıqlamasında deyib ki, həmin gün sabiq nazirin Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən şikayətinə, habelə Ali Məhkəmənin Plenumunun qərarı ilə Bakı Apelyasiya Məhkəməsinə göndərilmiş müraciətinə baxılacaq.

“Biz ümid edirik və gözləyirik ki, ədalət nəhayət qalib gələcək və Əli İnsanov azadlığa çıxacaq. Məsələ burasındadır ki, Azərbaycanın Avropa Şurası qarşısında öhdəlikləri var və bu qurumun qərarları icra olunmalıdır. Bundan başqa Ali Məhkəmənin Plenumunun qərarları var. Bu qərarlar Ali və Apelyasiya məhkəmələrinin qərarlarını ləğv edib. Əgər bu məhkəmə instansiyalarının qərarları ləğv olunubsa, onda Əli İnsanovu birinci məhkəmə instansiyasının qərarı ilə həbsdə saxlamağa heç bir əsas yoxdur. Əgər Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlasa, onda biz yenidən Avropa Məhkəməsinə müraciət edəcəyik. Əli İnsanovu həbsdə saxlamaq Azərbaycan ədliyyəsinə başucalığı gətirmir” - deyə vəkil bildirdi.

Qeyd edək ki, Ali Məhkəmənin Plenumu yanvarın 10-da qərar qəbul edərək Ali və Apelyasiya məhkəmələrinin Ə.İnsanovun işi ilə bağlı qərarlarını ləğv edib.

Moderator.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin