Azərbaycan səfirliyinin əməkdaşları Orxan Zeynalovla görüşüblər

Hazırda oxunan: Azərbaycan səfirliyinin əməkdaşları Orxan Zeynalovla görüşüblər

36381

Azərbaycanın Rusiyadakı səfirliyinin Rusiya Xarici İşlər Nazirliyi və İstintaq Komitəsinə verdiyi notalar əsasında bu gün səfirlik əməkdaşlarından konsul Fuad Əliyev və səfir köməkçisi Ağalar Atamoğlanov Orxan Zeynalovla görüşüblər. 

Moderator.az  xəbər verir ki, ANS PRESS Moskva bürosunun məlumatına görə, Rusiya Cinayət Məcəlləsinin 105-inci maddəsi 2-ci bəndi ilə ittiham olunan Azərbaycan vətəndaşı Orxan Zahid oğlu Zeynalov ilə görüş Moskva şəhərinin 1 saylı istintaq təcridxanasında baş tutub.

Görüş zamanı səfirliyin əməkdaşları Orxan Zeynalovla söhbət ediblər, ona istintaqın gedişi və işlərin cari vəziyyəti barədə məlumat veriblər. O.Zeynalov bildirib ki, təcridxanada olduğu müddətdə onunla normal davranırlar və saxlanma şəraiti ilə bağlı heç bir şikayəti yoxdur. 

Daha sonra söhbətə vəkil V.İ.Anikuşin də qoşulub. Diplomatlar O.Zeynalova başa salıblar ki, istintaqın obyektiv gedişi və işə məhkəmə instansiyalarında baxılması üçün vəkillə sıx əməkdaşlıq vacibdir. 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin