"Pərviz Həşimlinin həbsi siyasi xarakter daşıyır". Bunu Avropa.info-ya açıqlamasında AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirdi. Onun sözlərinə görə, bu siyasi sifariş nəticəsində həyata keçirilib." Ona görə ki, siyasi olimpdə olanlara və mətbuatda çalışanlara qarşı Azərbayca hüquq-mühafizə orqanları tərəfindən mütəmadi olaraq heç bir əsası olmadan həbslər həyata keçirilir. Sonradan isə onlara qarşı irəli sürülən ittihamların heç biri öz əsasını tapmır. Biz hesab edirik ki, P.Həşimlinin də həbsi bu motivdəndir."
Onun müdafisəinə gəldikdə isə F. Qəhrəmanlı bildirdi ki, məsələnin aydınlaşmasını gözləyirlər." Gözləyirik ki, məsələ aydınlaşsın və ondan sonra atacağmız addımları müəyyənləşdirək. AXCP olaraq biz onun hüquqlarını müdafiə edəcəyik."

































































































