Sergey Lavrov: Qarabağ münaqişəsinin nizamlanması məsələsinə çox yaxınıq

Hazırda oxunan: Sergey Lavrov: Qarabağ münaqişəsinin nizamlanması məsələsinə çox yaxınıq

144086
“Əvvəlki dövrlərlə müqayisədə indi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə çox yaxınıq”x9d.

Moderator.az Report-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıda keçirilən mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinin gedişatı barədə danışarkən deyib.

O qeyd edib ki, məlum səbəblərə görə, münaqişənin həlli ətrafındakı müzakirə mövzuları barədə geniş ictimai diskussiyalar aparılmır.

Öz növbəsində, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov danışıqların intensiv xarakter aldığını bildirib.

“Danışıqlar substanstv formada konkret məsələlər ətrafında aparılır. Son danışıqlara əsasən, həll edilməmiş məsələlər üzrə irəliləyiş əldə edə biləcəyimizi deyə bilərəm”x9d, - deyə Azərbaycan XİN başçısı vurğulayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin