Ağdaş seçki dairəsi üzrə təkrar seçkilərdə səsvermə başlayıb - FOTO

Hazırda oxunan: Ağdaş seçki dairəsi üzrə təkrar seçkilərdə səsvermə başlayıb - FOTO

141280
90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərdə səsvermə başlayıb.

Məntəqə və dairə seçki komissiyası, Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzi gün ərzində 5 dəfə səsvermənin gedişi, seçicilərin səsvermədə iştirakı barədə ilkin məlumat verəcək.

Moderator.az APA-ya istinadən xəbər verir ki, səsvermə saat 19:00-da başa çatacaq.
xa0
90 saylı Ağdaş seçki dairəsində 1 yer uğrunda 7 deputatlığa namizəd mübarizə aparır.
xa0
Bunlar Yeni Azərbaycan Partiyasının namizədi Cavid Osmanov (Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri), Ümid Partiyasının namizədi İqbal Ağazadə (Ümid Partiyasının sədri), o cümlədən öz təşəbbüsü ilə namizədliyini irəli sürən bitərəflər - Rəşad Abdullayev (Ağdaş rayon təhsil şöbəsi N.Maqsudov adına Tofiqi kənd orta məktəbi, müəllim), Elmir Gözəlov (“Azəravtoyol”x9d ASC-nin “Yolların Mühafizəsi Xidməti”x9d MMC, baş mütəxəssis), Rəşid Gözəlov (“Azərpoçt”x9d MMC-nin Ağdaş poçt filialı, müfəttiş), Əli Haqverdiyev (Ağdaş rayon mərkəzi xəstəxanası, həkim) və Anar İbrahimlidir (Ağdaş Dövlət Humanitar Kolleci, müəllim).
xa0
Parlament seçkilərini izləmək üçün 741 yerli müşahidəçi və Avropa ŞurasıParlament Assamblesyasının (AŞPA) 4 müşahidəçisi (AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Preda, Stefan Şennak, belçikalı senator, AŞPA Komitəsinin sədri, Azərbaycanda insan haqları üzrə məruzəçi Alen Desteksi və AŞPA Katibliyinin əməkdaşı Boqdan Torkatoriu) akkreditasiyadan keçib.
xa0
90 saylı Ağdaş seçki dairəsində 40 seçki məntəqəsindən 10-da veb-kamera quraşdırılıb.





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin