İyulun 8-9-da Varşavada NATO-nun növbəti sammiti fəaliyyətə başlayacaq. Sammitdə bir sıra məsələrlə yanaşı Gürcüstanın NATO-ya inteqrasiyası ilə bağlı da müzairələrin aparılması nəzərdə tutulur.
Maraqlıdır,
Gürcüstanın NATO-ya inteqrasiyasi Rusiyanın Cənubi Qafqazadakı nüfuz və təsirini
azalda,onun aktivliyi yolunda əngələ çevrilə bilərmi?
Məsələ
ilə bağlı Moderator.az-a açıqlama verən "Borçalı" Cəmiyyətinin sədri
Zəlimxan Məmmədli hesab edir ki, yalnız Gürcüstanın deyil, Azərbaycanın da təhlükəsizliyinin
qarantı NATO-ya inteqrasiyadır:
"Gürcüstan
Saakaşvili dönəmində ən doğru, həm də cəsarətli addım ataraq dünyanın əhəmiyyətli
hissəsinin dəstəyini qazandı. Saakaşvili təcavüzkarın,
aqressorun adını açıq söylədi. Rusiyanın, Putin rejiminin əsl siması bəlli
oldu. Rusiya ilə Gürcüstan münasibətləri daha da gərginləşsə də, Abxaziya və Cənubi Osetiya separatçı rejimləri
Rusiyanın himayəsinə alınsa da, Gürcüstan dünyanın əhəmiyyətli və mütərəqqi,
güclü hissəsinin - Avropa və ABŞ-ın dəstəyini qazandı.Gürcüstan artık
demokratik dövlət kimi tanınıq və açıq formada Avrointeqrasiya yolunu tutub.
Rusiya
Gürcüstanın timsalında qonşusunda cazibə qüvvəsi artıq olan demokratik ölkənin
olmasını qətiyyətlə istəmir. Çünki bu imperiya ambisiyasının
iflası olmaqla indiki Putin rejiminin iflasıdır. Demək olar ki, artıq
Gürcüstanın NATO-ya
inteqrasiyası geriyədönməz prosesdir. Varşavada Gürcüstanın NATO-ya
tam üzvlüyü olmasa da, Gürcüstanı dəstəkləyən mövqenin ifadə olunmasını gözləmək
olar. Dəfələrlə deyildiyi kimi, NATO-ya tam üzvlük üçün Gürcüstan bir sıra öhdəlikləri
yerinə yetirməlidir. Rusiya bütün hallarda aqressivlik nümayiş etdirəcək.
Demokratik
olmayan Putin rejimi təəssüf ki, hələ də qonşu dövlətlər üçün qorxu mənbəyi
olaraq qalmaqdadır. Həm Gürcüstanın, həm də Azərbaycanın milli təhlükəsizliyi və
qarantlı müstəqilliyi alternativsiz olaraq NATO-ya inteqrasiyadan keçir. Fikrimcə, Azərbaycan-Gürcüstan-
Türkiyə ittifaqı regional və strateji təhlükəsizlik məsələləri ilə bağlı
qarşılıqlı inteqrasiya xəttinin möhkəmləndirilməsi də təhlükələrdən bu anda
sığortalanmağın tək yollarından biridir. Hamı anlamalıdır ki, təhlükələrdən
sığortalanmaq cəsarət tələb etməklə müəyyən itkilərlə üz-üzə olmaq deməkdir.
Psixoloji olaraq buna hamımız hazırlanmalı və əbədi istiqlal formuluna həyata
keçirməliyik".
Seymur
Əliyev
































































































