Mirmahmud Mirəlioğlu: “MSK sədrinə istiqlal ordeni verilməlidir”x9d

Hazırda oxunan: Mirmahmud Mirəlioğlu: “MSK sədrinə istiqlal ordeni verilməlidir”x9d

108009
İqbal Ağazadə: “Nəticələr ləğv olunmalı idi”x9d; Mirmahmud Mirəlioğlu: “MSK sədrinə istiqlal ordeni verilməlidir”x9d

Konstitusiya Məhkəməsi noyabrın 1-də keçirilən parlament seçkilərinin nəticələrini təsdiqlədi. Seçkilərlə bağlı sonuncu instansiya məhkəməsinin qəbul etdiyi qərar heç də cəmiyyət tərəfindən birmənalı qarşılanmadı. Çünki günlər öncədən KM-in10-a yaxın dairənin nəticələrini ləğv edəcəyi barədə fikirlər dolaşırdı. Amma gözlənilənlərin əksi oldu.

Seçkilərlə bağlı yalnız 90 saylı Ağdaş seçki dairəsinin nəticələri Mərkəzi Seçki Komissiyası tərəfindən ləğv olundu. 1 noyabrda qalib elan edilən bitərəf namizəd Çingiz Əsədullayevin mandatının ləğv olunmasına isə “MTN işi”x9dnin təsirinin olduğu heç kəsə sirr deyil. 
Ölkə müxalifətinin Konstitusiya Məhkəməsinin qərarı ilə bağlı mövqeyini öyrəndik. 
Seçkilərdən keçən müddət ərzində ən çox müzakirə mövzusuna çevrilən dairə 35 saylı Xətai idi. Bir çoxları Konstitusiya Məhkəməsinin ləğv edəcəyi dairələr içərisində ilk sırada məhz bu dairəni görürdü. 


Qələbəsinin oğurlandığını iddia edən Ümid Partiyasının sədri İqbal Ağazadə məhkəmənin qərarına sərt təpki verdi: “İndiyə qədər iki məhkəmədən keçdik. Bu məhkəmələr nəyi araşdırmışdı ki, Konstitusiya Məhkəməsi də  araşdırardı? Bu məhkəmənin araşdıracağı bir şey yox idi. 35 saylı dairədə əslində böyük araşdırmaya da ehtiyac yox idi. Məntəqələrin möhürlü protokolları var idi. Bu protokollarla qalib idim. Buna görə nəticələr ləğv olunmalı idi. Amma bunu etmədilər. Bu baxımdan Konstitusiya Məhkəməsinin belə qərar qəbul edəcəyini gözləyirdik. Bir neçə dairənin ləğv ediləcəyi fikirlərinə qatılmamışdım. Bu fikirlərlə bağlı mövqe də ifadə etməmişdim. Hansısa dairənin ləğv ediləcəyi barədə bir siqnal olardısa, əlimizdəki protokollarla dairə ləğv olunmalı idi. Bunu ya MSK, ya Apelyasiya Məhkəməsi, ya da Ali Məhkəmə etməli idi. Konstitusiya Məhkəməsinə saxlamağa gərək yox idi”x9d. 


KXCP sədri Mirmahmud Mirəlioğlu qərarın gözlənilən olduğunu bildirdi: “Bu cür də qərar olmalı idi. İctimai rəyi çaşdırmaq üçün bəzi mənbələrdən məlumat daxil olmuşdu ki, nəinki 9, hətta 13-14 dairə ləğv olunacaq. Hakimiyyətin ədalətinə inanmaq görkəmi yaratmağa çalışdılar. Guya ki, ədalət bərpa olunacaqdı. 125 dairədən 25-30-u belə ləğv olunsaydı, bunun ədalətinə inanmaq olmazdı. Sağ olsunlar ki, heç olmasa 15 dəqiqəlik müşavirə ediblər, 3 dəqiqəlik olmayıb. İstəsələr, elektron variantla da edə bilərdilər. Əziyyət çəkməzdilər, çünki yazıqlar çox əziyyət çəkdilər. Məhkəmə paltarlarını geyinib, soyunublar. Seçkinin nəticələrinə görə, həm Konstitusiya Məhkəməsinin, həm də Mərkəzi Seçki Komissiyasının sədrinə ”x9dİstiqlal" ordeni verilməlidir. Mərkəzi Seçki Komissiyası əslinə qalsa, belə adlanmalıdır. Bu işdə əməyi olan hər kəs üçün Rusiyanın dostluq ordenini Putindən xahiş etmək lazımdır ki, təqdim etsin".

Müsavat Partiyasının İcra Aparatının rəhbəri Gülağa Aslanlı da qərarı gözlədiklərini bildirdi: “Azərbaycan reallığında Konstitusiya Məhkəməsinin qərarı gözlənilən idi. Müsavat Partiyası bir daha məsuliyyəti öz üzərindən götürmək üçün Konstitusiya Məhkəməsinə müraciət etdi ki, bu cür seçkinin nəticələrini təsdiq etməklə MSK-nın saxtakarlığına ortaq olacaqsınız. Amma yenə də bu cür qərar qəbul ediləcəyini gözləyirdik. Azərbaycan hakimiyyətinin saxtakarlığını təsdiqləyən faktdır”x9d.(musavat.com)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin