"Ferrari" komandasının britaniyalı pilotu Lyuis Hemilton 2026-cı il "Formula-1" üzrə dünya çempionatının yeddinci mərhələsi olan Barselona Qran-prisinin qalibi olub.
Bizim.Media xəbər verir ki, ikinci yeri "Mersedes"in britaniyalı pilotu Corc Rassell tutub.
Üçüncü yerdə isə digər britaniyalı, "Maklaren"də çıxış edən Lando Norris qərarlaşıb.
Beləliklə, yeddiqat dünya çempionu Hemilton "Mersedes"dən "Ferrari"yə keçdikdən sonra ilk qələbəsini qazanıb. Ötən mövsüm britaniyalı bir dəfə də podiuma yüksələ bilməyib.
Cari mövsümdə isə o, iki dəfə ikinci, bir dəfə üçüncü yeri tutub. 41 yaşlı britaniyalı qazanılan yarışların (106), podiumların (206) və poul-pozisiyaların (104) sayına görə tək rekordçudur.
Bizim.Media
































































































