Soyuq cənnət... - FOTOLAR

Hazırda oxunan: Soyuq cənnət... - FOTOLAR

629006
Norveç zəngin tarixə, mədəniyyətdə və təbiətə malik bir ölkədir. Vikinqlərin vətəni olan Norveç dünyanın ən yaxşı qidalanan, sakit və firavan dövlətlərindən biridir. 
Norveçlilər möcüzəvi şəkildə insan və təbiətin uğurlu kombinasiyasını yarada biliblər. Şəhərlərdən kənarda, demək olar ki, toxunulmamış meşələr və mənzərəli fiyordlar (buz sahilləri) uzanır, burada insanların varlığı demək olar ki, nəzərə çarpmır. Bunu necə ediblər? Əlbətdə ki, dövlətin səriştəli siyasəti sayəsində Norveç dünyanın ən çiçəklənən ölkələrindən biridir. 
 
Norveçdə həyat səviyyəsi dünyada ən yüksək səviyyədədir. "Foreign Policy" jurnalı Norveçi dünyanın ən firavan və sabit ölkəsi kimi qiymətləndirib.
Norveç yüksək yaşayış səviyyəsinə və güclü iqtisadi inkişafa malik olduğu üçün Avropa Birliyinə daxil olmaq istəmir. Ölkə neft ehtiyatları ilə olduqca zəngin, dünya və Avropada balıqçılıq sektorunu əlinə alması ilə tanınır. Onların Avropa İttifaqına mənfi yanaşmasının səbəblərindən biri də bunun balıqçılıq sənayesinə mənfi təsir edəcəyini qeyd etmələridir. Çünki, Norveçdə balıq ovu hətta balina ovuna heç bir qadağa yoxdur. Digər tərəfdən İsveçrə, İslandiya və Lixtenşteynlə birlikdə EFTA-nın (Avropa Azad Hərəkat Təşkilatı) üzvüdür və bu təşkilatı tərk edib Aİ-yə keçmək istəmir.
 
Müasir Norveç Krallığı kifayət qədər gəncdir. Ölkə 1905-ci il noyabrın 18-də İsveçlə ittifaqın dağılmasından sonra müstəqillik əldə edib.
 
Norveç ölkənin neft gəlirlərinin yığıldığı ən böyük suveren sərvət fonduna sahibdir. 1990-cı ildə "Dövlət Neft Fondu" (Statens petroleumsfond) kimi yaradılmış, 2006-cı ildə adını "Qlobal Dövlət Pensiya Fondu" olaraq (Statens pensjonsfond utland, SPU) dəyişdirmişdir. Adı göstərir ki, bu, təbii resurs tükəndikdə gələcək nəsillər sərvətdən yararlana biləcəklər. 2015-ci ilin oktyabr ayına olan məlumata görə, Norveçdə gələcək nəsillər üçün 825 milyard çox pul yığılıb. 
 
2016-cı ilin məlumata görə, 13 norveçli Nobel mükafatı laureatıdır 
 
Norveçdə rəsmi idarəetmə forması konstitusiyalı monarxiya olduğundan ölkəyə kral başçılıq edir. Lakin Avropanın digər krallıqlarında olduğu kimi, onun mövqeyi kifayət qədər simvolikdir və onun real gücü yoxdur.
Kral V Harald Norveçin hazırkı kralıdır.
Kral ictimai nəqliyyatdan istifadə edir və həmişə yol pulunu özü ödəyir. O, bunu atmosferin çirklənməsini azaltmaq və insanları şəxsi nəqliyyatdan deyil, ictimai nəqliyyatdan istifadə etməyə təşviq etmək üçün edir. 
 
Norveç ailəsində ana uşaq doğulanda analıq məzuniyyəti alır. Bununla belə Norveç qanunları belə hallarda ataya uşağın yanında olmaq və ailənin qayğısına qalmaq üçün bir neçə həftəlik ödənişli məzuniyyət götürməyə icazə verir.
Norveçdə orta əmək haqqı ayda 5-6 min avro arasında dəyişir.
 
Norveçdə hər şey həqiqətən çox bahadır. 
 
Məsələn, siz iki nəfərlik pizza, kola, burger sifariş verib bizim pulla 60 AZN xərcləyəcəksiz. Burada vergilər də böyükdür. Sizin qazancınızın böyük bir hissəsini vergilər və digər sosial ödənişlər "yeyib bitirir". Lakin bu vergilər əhalinin sosial rifahının yaxşılaşdırılmasına sərf edilir. Təqaüdə çıxandan sonra daha xoşbəxt yaşayırsız. 
 
Norveçin demək olar ki, bütün elektrik enerjisi su elektrik stansiyalarından əldə edilir. 
Norveçdə ümumiyyətlə ağacları kəsmirlər.  Norveçlilər öz təbiətinə əhəmiyyət verməyən ölkələrdən ağac almağa üstünlük verirlər. Məsələn, Rusiyadan. 
Bu ölkədə ordu müqavilə əsasında qurulub və orada həm kişilər, həm də qadınlar xidmət edir, hətta bir yerdə yerləşdirilirlər. Ölkə əhalisinin sayı az olduğundan qadınların orduya cəlb edilməsi ordu potensialını artırır. 
Norveç şəhərlərində haradasa yerdə zibilin olduğunu görmək mümkün deyil. 
 
Norveçdə quldurluq və ya qətl qeyri - adi hadisədir. Bu cür ağır cinayətlər demək olar ki yox səviyyəsindədir. Bənzər bir vəziyyət ərəb ölkələrindən Omanda da müşahidə olunur. 
Vətəndaşlar qanunu pozsalar belə, ölkə onların qayğısına qalır. Norveçdəki həbsxanalar hər cür şəraiti olan rahat mənzillərdir. Xüsusilə təhlükəli cinayətkarlar Bastoy adasındakı həbsxanada yaşayırlar: rahat taxta evlər, dağların və mənzərəli körfəzlərin fonunda gəzintilər, təmiz havada işləmək və s. Hakimiyyət bir neçə belə həbsxana tikməyi və orada “azad yaşayış” təmin etməyi planlaşdırır.
 
Həftə sonları Norveç şəhərləri kəskin şəkildə boşalır. Həftə sonu istirahətinin ən populyar fəaliyyəti şəhərdən kənarda, pulsuz və ya kirayəlik bir evə getmək və ailənizlə bir neçə gün orada keçirməkdir. Belə yerlərdə çox vaxt internet, televizor, bəzən hətta elektrik də olmur, amma norveçlilərin xoşuna gəlir.
Burada kişi qadın bərabərliyi ön plandadır, ona görə də kişilər çox diqqətli olmalıdırlar. Məsələn, bir kişi restoranda qadının hesabını pul ödəməyə çalışırsa, qadın bunu təhqir kimi qiymətləndirə bilər.
 
Çox vaxt kəndlərdə təsərrüfatların yaxınlığında “özünə xidmət dükanları” olur: tərəvəzlər səliqəli kağız torbalarda qablaşdırılır. Siz onları qutuya pul qoymaqla ala bilərsiniz. Dükanda heç bir insan yoxdur, amma heç kim heç nə oğurlamır.
 
Norveçlilər dəbdəbəyə qəti şəkildə biganədirlər. Dəbdəbəli malikanələr və super bahalı idman avtomobilləri yoxdur və insanlar çox sadə geyinirlər. 
 
Osman Eminov
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin